Главная > Siyasət > Azərbaycanı qısa zamanda dünyaya tanıdan Lider

Azərbaycanı qısa zamanda dünyaya tanıdan Lider


3-03-2021, 14:08. Разместил: yeni321

Azərbaycanı qısa zamanda dünyaya tanıdan Lider

26 fevral 2021-ci il tarixdə Xocalı soyqırımının 29-cu ildönümündə yerli və dünyanın aparıcı xarici media nümayəndələrinin qarşısında yorulmadan 4 saat ərzində 4 dildə mətbuat konfransı keçirən Ali Baş Kamandanımızla nə qədər fəxr etsək azdır.
Ölkə başçımızın böyük qürur hissi ilə “Qarabağ münaqişəsi deyilən bir anlayış yoxdur, biz ərazi bütövlüyümüzü öz gücümüzlə bərpa etdik” deməsi bir əsgər anası kimi məni sevinc göz yaşlarına boğdu. Bir Azərbaycan qadını kimi məni sevindirəcək və fərəh hissi yaşadacaq bir çox məqamlarla yaddaşıma həkk olundu. Müxalif düşüncəli jurnalistlərin təxribatçı suallarına verilən möhtəşəm cavablar, uzun təcrübəyə malik jurnalistlərin Ölkə Başçımız barədə heyranlıqla dolu ifadə etdiyi sözlər, qardaş Türkiyənin dəstəyini xüsusi qeyd etməsi və bir sözlə dəfələrlə konfransı izləməklə doyulmayacaq bir görüş olduğunu bildirməyi özümə borc bilirəm.
Bir Azərbaycanlı qadın, əsgər anası və ziyalı kimi Azərbaycanlı olduğum üçün özümlə qürur duyur, dünyanın tanıdığı və heyran olduğu bir Liderin rəhbərlik etdiyi ölkənin vətəndaşı olduğum üçün fəxr hissi keçirirəm.
Yaşasın Azərbaycan!
Yaşasın Lider Prezidentimiz!

Şəfa Allahverdiyeva,
Masallı şəhər sakiniшаблоны для dle 11.2
Вернуться назад