Главная > Siyasət > Həm informasiya, həm də döyüş meydanında qalib Ali Baş Komandan

Həm informasiya, həm də döyüş meydanında qalib Ali Baş Komandan


3-03-2021, 14:15. Разместил: yeni321
Həm informasiya, həm də döyüş meydanında qalib Ali Baş Komandan
 
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev həmişə olduğu kimi, izlədiyim mətbuat konfransında da yüksək diplomatik məharət, natiqlik nümayiş etdirməsi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirməsi fevralın 26-da izlədiyimiz mətbuat konfransında da yenidən şahid olduq. Mən də qürurla bu konfransı izlədim , Azərbaycan vətəndaşı kimi ölkə başçısının keçirdiyi mətbuat konfransı , KİV nümayəndələrinə dolğun cavabı məni qürurlandırdı. Dövlətimizin başçısı dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə 4 saatdan çox davam edən mətbuat konfransında 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualına 4 dildə ətraflı cavab verdi. İzləyərkən gördüm ki, bu cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırıldı. Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, Dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi.
Prezidentindünyanınnüfuzlumediaqurumlarınaverdiyi çoxsaylı müsahibələri, jurnalistlərinkəskin, suallarınatutarlı və məntiqlicavablarını eşitmişdik. Həminmüsahibələronaxidmətedirdiki, ölkəmizinhaqlı və ədalətlimövqeyi, xalqımızınhaqqsavaşına çıxdığı dünyaictimaiyyətinə obyektiv şəkildə çatdırılsın, Düşməninyalanvə uydurmalardanibarətinformasiyatəxribatınıntəsirizərərsizləşdirilsin, yaxudminimumaendirilsin. 44 günboyuncadavamedənVətənmüharibəsi, sözünəslmənasında, informasiyasavaşı ilə müşayiətolunurdu, Döyüş meydanındaolduğukimi, busavaşadaAliBaş Komandanımızın şəxsən özü rəhbərlikedirdi. Prezident İlham Əliyevinmüsahibələrində istinadetdiyidəlillər, verdiyiqətiyyətlicavablarigiddöyüşçülərimizinqələbə əzmini şərtləndirir, hərbiuğurlarisə, öznövbəsində, ölkəmizininformasiyatəbliğatınınhədəflərinə xidmətedirdi.
Prezident İlham Əliyev xarici media nümayəndələrinin geniş tərkibdə təmsil olunduqları mətbuat konfransı üçün məhz fevralın 26-sını - Xocalı soyqırımı gününü seçmişdi. Faciənin 29-cu ildönümündə media qurumlarının vasitəçiliyi ilə Prezident dünya birliyinə birdaha çağırış etdiki, Xocalı qətliamına, erməni vəhşiliyinə heç kimsəssiz qalmasın. Çünki XX əsrinsonunda Xocalıda 613 nəfər mülki azərbaycanlının, o cümlədən 63 uşağın,106 qadının, 70 ahıl insanın həyatına yalnız etnik mənsubiyyətinə görə xüsusi amansızlıqla son qoyulmasına göz yumulması eyni faciənin başqa bir yerdə, başqa bir millətə qarşı törədilməsini təşviqedə bilər. Mətbuat konfransında iştirak edən jurnalistlərin verdiyi suallar göstərdiki, nüfuzlu media nümayəndələrinin bir çoxu faciədən məlumatlı olsada, xaricdəki siyasi dairələrin məsələyə yanaşma tərzi hələ də adekvat səviyyədə deyil. İslamofobiyanın, türkofobiyanın müasir Avropaya ayaq açdığı bir dövrdə bu cür yanaşmanın səbəbləri sual doğurmaya bilmir, daha dərindən düşünməyə vadar edir.
Mətbuat konfransı bir daha nümayiş etdirdi ki, Vətən müharibəsi günlərində Prezident xalqımıza müraciətlərində nə qədər səmimi idisə, xarici auditoriya ilə ünsiyyətə də bir o qədər açıq və səmimidir. COVID-19-a qarşı peyvəndlənmə ilə bağlı suala dövlətimizin başçısı tərəfindən verilən cavab bir çox nüfuzlu siyasi dairələrin maraqlarına toxunsa da, Prezident yenə də ədaləti səsləndirdi: “Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq?”. Adətən, deyilir ki, siyasətdə səmimiyyət axtarışına çıxmaq mənasızdır. Prezident İlham Əliyev məhz bu cavabı ilə göstərdi ki, hətta böyük siyasətdə belə, səmimiyyəti və insaniyyəti gözləməyi bacaran lider nümunəsi də var.
Bu gün dünyanın aparıcı media qurumları regionda baş verən hadisələrin şərhini məhz Azərbaycan Prezidentindən almağa çalışır, real vəziyyətə dair informasiyanı ölkəmizdən əldə edir. Çünki bütün dünya şahidi oldu ki, Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoydu, torpaqlarını qaytardı, öz ərazi bütövlüyünü bərpa etdi. Əlbəttə ki, bu, Rəşadətli Azərbaycan ordusu və Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verdi.

Şükürova Aytən Nadir qızı,
Dəmirçi kənd ümumi orta məktəbinin coğrafiya müəllimiшаблоны для dle 11.2
Вернуться назад