Главная > Siyasət > Azərbaycanın haqq səsini dünyaya eşitdirən liderimiz

Azərbaycanın haqq səsini dünyaya eşitdirən liderimiz


3-03-2021, 14:22. Разместил: yeni321
 Azərbaycanın haqq səsini dünyaya eşitdirən liderimiz

1988-ci ildən açıq müstəvidə terrorizm edərək, 1994-cü il atəşkəsə qədər erməni qəsbkarları torpaqlarımızın bir hissəsini daha dəqiq desək, Dağlıq Qarabağ və ona bitişik rayonları işğal etdi.

Atəşkəsdən bu çağa qədər bu təcavüzə, dünya birlikləri və dünyanın ermənipərəst dövlətləri göz yumdu. Bu problemin həlli birbaşa dövlətimizin üzərinə düşdü. Dəfələrlə haqq səsimizi boğmağa çalışan, erməni terrorizmi hər dəfə masa arxasında susdurulsa da, işğal etmiş torpaqlarımızı qaytarmaqdan boyun qaçırtdı. 44 günlük Vətən müharibəsi qəhrəman övladlarımızın və Möhtərəm Prezidentimizin qətiyyətli addımları torpaqlarımızı işğaldan azad etdi.

Müharibə bitsə də ermənilər təkrar-təkrar mənasız tarixi yanlış fikirlər səsləndirirlər.26 fevral 2021-ci il tarixində Möhtərəm Prezidentimiz İlham Əliyevin keçirtdiyi mətbuat konfransında xarici və yerli jurnalistlərin verdiyi suallara tutarlı 4 xarici dildə cavabları hər bir vətəndaş kimi,məni də sevindirdi.Bu haqq səsimizin dünyaya bir daha çatdırılmasında əvəzsiz bir suallara cavab idi.

Qeyd etmək yerinə düşər ki, bəzi verilən suallarda kin, qərəz,hiss edilsə də Möhtərəm Prezidentimizin səbrlə, təmkinlə tarixi faktlara söykənən cavabları hər birimizin ürəyincə oldu.Bu çətin, şərəfli yolda iri addımlayan xalqımıza və Möhtərəm Prezidentimizə uğurlar arzulayırıq.

İşğaldan azad olunmuş torpaqlarımızda tezliklə daha da gözəl,abad olacağına,həyatın ora dönəcəyinə xüsusən də soydaşlarımızn xoşbəxt,gülərüz yaşayacağına tam olaraq inanırıq.


Sübhan Şiriyev,

Masallı rayonu,Ərkivan qəsəbəsi, coğrafiya müəllimi

 

 

шаблоны для dle 11.2
Вернуться назад