Главная > Siyasət > Azərbaycan Prezidenti İlham Əliyevin dörd saatlıq tarixi mətbuat konfransı dünya mediyasının gündəmindədir
Azərbaycan Prezidenti İlham Əliyevin dörd saatlıq tarixi mətbuat konfransı dünya mediyasının gündəmindədir3-03-2021, 14:28. Разместил: yeni321 |
Azərbaycan Prezidenti İlham Əliyevin dörd saatlıq tarixi mətbuat konfransı dünya mediyasının gündəmindədir Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin 26 fevral 2021-ci il tarixdə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı dünya mediyasının gündəmindəoldu. Milli televiziyadan ölkə rəhbərinin jurnalistlərə verdiyi növbəti müsahibələri diqqətlə izlədim. Bir ziyalı kimi, ölkə rəhbərinin mətbuat konfransında ona ünvanlanan suallara elə yerindəcə dəqiq ,səlis cavab verməsinən böyük qürur duydum. ALLAH hər zaman Cənab Prezidentimizi qorusun Xarici və yerli jurnalistlərin iştirakı ilə başlanan mətbuat konfransının 26 fevral-Xocalı soyqırımının 29-cu ildönümü günü təşkil olunmuşdu. Təbii ki, bu da təsadüfi deyil. Ölkə rəhbəri müraciətində bildirdi ki, Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Bu soyqırım nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir. Bəli, Azərbaycan Respublikasının Prezidenti dünyanın nüfuzlu media orqanlarının diqqətini növbəti dəfə bu insanlıq əleyhinə cinayətlə bağlı həqiqətlərə yönəltdi. Cənab Prezientin tərəfindən bütün suallar təmkinlə və dəqiq, həm də, 4 dildə cavablandırılması beynəlxalq media mənsubları tərəfindən də maraqla qarşılandı. Ölkə başçımızın bəyanatları bir daha təsdiqlədi ki, Azərbaycan bölgənin sülhün və təhlükəsizliyin təmin olunmasına çalışır. 44 günlük Vətən müharibəsi regionda dayanıqlı sülhün təmin olunmasına zəmin yaradıb. Ermənistanın revanşist meyillərinin, sülhü pozma cəhdlərinin qarşısı beynəlxalq səviyyədə alınmalıdır. Gülşən Xəlilova , Masallı Regional “ASAN Xidmət “mərkəzinin Sektor müdiri Вернуться назад |