Главная > Siyasət > Xalqını, torpağını sevən qəhraman Liderimiz

Xalqını, torpağını sevən qəhraman Liderimiz


3-03-2021, 14:31. Разместил: yeni321
Xalqını, torpağını sevən qəhraman Liderimiz

26 fevral 2021-ci il tarixdə Xocalı soyqırımının 29-cu ildönümü günü Cənab Prezidentimiz 50-dən çox xarici dövlətlərin media nümayəndələrinin iştirakı ilə video konfrans keçirmisdir. Cənab Prezidentimizin 4 dildə media nümayəndələrinə verdiyi müsahibə məni bir Azərbaycan vətəndaşı kimi çox qürurlandırdı.
“Muharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an öz doğma torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıyıq. Əminəm ki bir gün gələcək və Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edəcək”. Bu sözləri cənab Prezidentimiz hələ 2019-cu ildə söylədiyi sözlər yadima düşdü.
Xalqını, torpağını sevən qəhraman Liderimiz bu qalibiyyəti müzəffər Ordumuz ilə birgə bizə yaşatdı.
Cənab Prezidentimizin apardığı siyasət nəinki bizi hətta dünya lider ölkələrini də özünə heyran qoydu.
Tarix yazan Sərkərdəmiz Müharibə dövründə də 30 dan çox müxtəlif ölkələrin jurnalistlərinə 4 dildə verdiyi müsahibələr ilə Azərbaycanın nə qədər mükəmməl bir siyasi rəhbəri olduğunu hər kəsə sübut etdi.
Bu çıxışdan sonra bir daha özümü qalib Azərbaycanımın, qalib vətəndaşı kimi hiss etdim. Cənab Prezidentin özünə əminlik ilə danışığı, bizi həm döyüş meydanında həm də siyasi meydanda qalıb etdi.
Ali Baş Komandan bu müsahibədə Xocalı, Xankəndi, Xocəvənd ətrafında AXCP və Müsavat tərəfindən yaradılan süni şayiələrə də aydınlıq gətirərək bildirdi ki Dağlıq Qarabağ munaqisəsi yoxdur. Azərbaycan Respublikası öz Dövlət sərhədlərini qanuni olaraq bərpa edib.
İranlı jurnalistin ünvanladığı təxribatçı suala cavab olaraq isə Cənab Prezidentimiz konfransda iştirak edən bütün jurnalistələrə üzünü tutaraq dedi: “Hec olmasa bir faktınız varmı”? sualı qarşısında susan mediya nümayəndələrinə bir daha liderliyini sübut etdi.
Beləliklə tarixi qələbəni bizə yaşadan, qəlblərdə yaşayan liderimiz, tarix yazan sərkərdəmiz qürurumuz, fəxrimiz cənab Prezidentimiz ilə qürur duyuruq.

Kərimova Nigar Mütəllim qızı,
Masallı rayonunun Göyəçöl kənd sakini, həkim kardioloq
 
 шаблоны для dle 11.2
Вернуться назад