Главная > Siyasət > Şəhid Şəmsəddin Təhməzovun doğum günü

Şəhid Şəmsəddin Təhməzovun doğum günü


3-03-2021, 19:50. Разместил: yeni321
Yaşasaydı 20 yaşı tamam olacaqdı...

Masallı Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının əməkdaşları Cəlal Əliyev, İlkin Quliyev və YAP fəalları şəhid Şəmsəddin Təhməzovun doğum günü münasibəti ilə ailəsinə baş çəkiblər.
Ziyarətçilər şəhid ailəsinin problemləri ilə maraqlanıb, xatirələrini bölüşüblər.
Şəhid əsgərin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
 Şəhidin ailə üzvləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, Şəmsəddin Sərvər oğlu Təhməzov 3 mart 2001-ci il tarixdə Masallı rayonunun Güllütəpə kəndində anadan olub.
2007-ci ildə Yeni Zuvand kənd tam orta məktəbinin birinci sinifinə daxil olub. İbtidai təhsilini bu məktəbdə alıb.
Sonralar ailə vəziyyəti ilə əlaqədar Beyləqan rayonuna köçdükləri üçün təhsilini Beyləqan şəhər 1№-li tam orta məktəbində davam etdirib.
2016-cı ildə IX sinifi bitirdikdən sonra təhsilini yarımçıq qoymuş, əmək fəaliyyətinə başlamışdır. İşləyə-işləyə valideynlərinə maddi dəstək olub.
2019-cu ilin aprel ayında SHXÇDX-nin Masallı rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə yerinə yetirməyə başlayıb.
Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açıblar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endiriblər.
İgid əsgərimiz Şəmsəddin Təhməzov Vətən uğrunda başlanan döyüşlərdə yüksək qəhrəmanlıq nümunəsi göstərib. Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənlərə qarşı mərdliklə vuruşub. Cəsur həmyerlimiz oktyabr ayının 7-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəmsəddin Təhməzov 8 oktyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Güllütəpə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən əsgər Şəmsəddin Sərvər oğlu Təhməzov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.
Subay idi.

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад