Главная > Siyasət > Masallıda Vətən müharibəsinin iştirakçısı ilə onlayn görüş keçirilib

Masallıda Vətən müharibəsinin iştirakçısı ilə onlayn görüş keçirilib


3-03-2021, 20:12. Разместил: yeni321
"Qəhrəmanlarımızı tanıdaq" layihəsinin qonağı Nurlan Muradov 

Martın 3-də "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Qəhrəmanlarımızı tanıdaq" layihəsinin növbəti qonağı, Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan leytenant Nurlan Muradovla gənclərin onlayn görüşü keçirilmişdir.
Vətənin azadlığı yolunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad edilmişdir.
Tədbiri giriş sözü ilə "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov açaraq bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan xalqı 44 gün ərzində böyük Qələbəyə nail oldu, 30 ilə yaxın erməni faşizminin əsarətində olan torpaqlarımızı azad etdi:” Bu şərəfli missiyanın yerinə yetirilməsi, tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyyata, güclü orduya malik olması, ən əsası xalqımızın Prezidentin ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə etdi.”
İkinci Qarabağ müharibəsinin iştirakçısı Nurlan Muradov çıxış edərək 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolu haqqında məlumat vermiş, Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan və xalqımızın yaddaşında əbədi yaşayacaq möhtəşəm Qələbənin əldə edilməsində pay sahibi olduqları üçün qürur duyduqlarını, müharibə dövründə xalqın həmrəyliyi və mənəvi dəstəyindən danışmış, iştirakçılarla cəbhə xatirələrini bölüşmüşdür.
Məlumat üçün bildirək ki, layihənin məqsədi Azərbaycanın ərazi bütövlüyü və müdafiəsi uğrunda canından keçən şəhidlərin, eləcə də qazi və döyüşçülərin həyat və döyüş yolunu öyrənmək, həmçinin onların şücaətini gənc nəslə təbliğ etməkdir.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад