Главная > Siyasət > Qarabağa qayıdış – yeni həyata qayıdış

Qarabağa qayıdış – yeni həyata qayıdış


4-03-2021, 13:29. Разместил: yeni321
Qarabağa qayıdış – yeni həyata qayıdış

“..Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Onlar buna layiqdirlər. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik...” 
Yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha haqq işimizi dünyaya bəyan etdi. Dünyanın tanınmış jurnalistlərinin suallarını elə təmkinlə izah etdi ki, tərəf müqabilləri də bəlkə tam dərk edə bilmədiklərini öyrəndi.
Cənab Prezident cavablarında erməni işğalının ilk vaxtlarından – 30 il ərzində baş verən olayları bir daha ermənipərəstlərin də yadına saldı və Azərbaycanın bu müddətdə apardığı sülhsevər, məqsədyönlü siyasətini konfrans iştirakçılarına bildirdi. Hər suala əvvəlki fikri təkrarlamayaraq daha dürüst, dəqiq faktlarla iştirakçılara çatdırırdı. Cənab İlham Əliyev qeyd etdi ki, biz 30 il əzəli torpaqlarımızı sülh yolu ilə qaytarılmasını gözlədik. Gördük ki, Ermənistan rəhbərləri heç cür torpaqlarımızın qaytarılması ilə razılaşmırlar. Demək olar ki, hər gün cəbhəyanı rayonlarımızda təxribatlar törədir, dinc əhaliyə silah tuşlanır. Həmin rayonlarda yaşayanlar daim təşvişdə yaşayırlar. 2016-cı ildə onların geniş təxribatının qarşısı alındı və düşmən ordusuna gücümüzü göstərdik. Sonralar da belə hallar təkrarlandı. Vətən müharibəsi ermənilərin acı məğlubiyyəti ilə bitdi. Hər iki tərəfdən ölüm-itim oldu.
Müharibə zamanı dinc kənd və şəhərlərimiz də raket atəşlərinə məruz qaldı. Evlər, strateji əhəmiyyətli  obyektlər dağıdıldı, mülki insanlar öldürüldü.
 Biz sözümüzdə möhkəm durduq. Müharibəni dayandırdıq. Əgər belə olmasaydı düşmən daha böyük itkilər verərdi. Bu gün də Ermənistanla əlaqələr qurmağa, dinc, yanaşı yaşamaq prinsipinə sadiqlik göstərməyə çalışırıq. Erməni xalqı bilməlidir ki, bu, onların nicat yoludur, ölkənin inkişaf yoludur.
Cənab İlham Əliyevin belə humanist cavabları media iştirakçılarında Azərbaycan haqqında inandırıcı təəssürat yaratdı.
Mən bir vətəndaş kimi Prezidentimizin bu tədbirdəki fikirlərini  bəyənir və qürur duyuram ki, dövlətimizin taleyi etibarlı, mökəm əllərdədir.
Bizlər də bundan sonra işğaldan azad edilmiş ərazilərimizin abadlaşdırılmasına, o torpaqlara yeni həyat bəxş edilməsinə öz töhfəmizi verməliyik.
Sevinirik ki, bu il, eləcə də davamlı olaraq qarşıdakı illərdə də Qarabağda aparılacaq quruculuq işləri nəinki orada yaşayanlar, hər birimizin həyatına yeniliklər gətirəcək.
Qarabağa qayıdış yeni bir həyata qayıdış olacaq.
       
                                                                Südabə MƏMMƏDOVA,
                                                                  AJB-nin üzvü. шаблоны для dle 11.2
Вернуться назад