Главная > Siyasət > Birgəyaşayış münasibətlərinin bərpası onların nicat yoludur

Birgəyaşayış münasibətlərinin bərpası onların nicat yoludur


4-03-2021, 13:32. Разместил: yeni321
Birgəyaşayış münasibətlərinin bərpası onların nicat yoludur
 
Ölkə rəhbəri yerli və xarici media nümayəndələrinin Qarabağda ermənilərin hansı dildə danışacaqlarına cavabında demişdir ki, Azərbaycan hüquqi dövlətdir. Ölkə daxilində yaşayan bütün xalqlar öz dillərini qoruyub saxlamışlar. Sovetlər dönəmində Azərbaycanda yaşayan ermənilər də öz dillərində danışırdılar. Qarabağda, Bakıda erməni dilində qəzetlər çıxırdı, radioda ermənicə verilişlər səsləndirilirdi.  Bu gün respublikada on minlərlə erməni yaşayır. Onlar öz dillərində danışır, ayinlərini həyata keçirirlər. Bu məsələ bizdə heç vaxt problemə çevrilməyib.
Qarabağ Azərbaycanın ərazisi olduğu üçün burada da hansı xalqın yaşamasından asılı olmayaraq Dövlət dili Azərbaycan dilidir. Bizdə bütün dillər kimi erməni dili də qorunacaq.
Şübhə yoxdur ki, ermənilər Azərbaycan pasportu alacaq və Azərbaycan vətəndaşı kimi istədiyi dildə danışacaq.
Mən deyərdim ki, ermənilərin hansı dili seçmələrində də bir məkr, hiylə var. Bu məsələdən də təxribat iyi gəlir. Çünki həyatları boyu onların atdıqları hər  addımlarında bir ürəkbulandırıcı görüntü olub. Bu da onların növbəti hiyləsidir.
Bu gün ermənilərin birgəyaşayış problemləri daha önəmlidir. Onlar azərbaycanlılarla dostluq əlaqələrini, birgəyaşayış münasibətlərini bərpa etməli, maddi vəziyyətləri barədə düşünməli və bu sahədə Azərbaycanın xoşniyyətli təkliflərini qəbul etməlidirlər.
Bu, onların nicat yoludur.

Dürdanə HÜSEYNOVA,
Masallı rayonu, Şərəfə kənd folklor evinin direktoru.
 шаблоны для dle 11.2
Вернуться назад