Главная > Siyasət > Yeniləşən, demokratikləşən Azərbaycan

Yeniləşən, demokratikləşən Azərbaycan


6-03-2021, 21:08. Разместил: yeni321
Yeniləşən, demokratikləşən Azərbaycan
 
Müstəqillik qazandıqdan sonra ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə sürətlə addımlamağa başladı. Bu istiqamətdə Müasir Azərbaycanımızın banisi Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət kimi xalqımızın əbədi sevgisini qazanıb.
Azadlığımızın gerçəkləşməsi, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi,  hüquqlarımıza sahib çıxmaq, bütün sahələr üzrə tərəqqiyə nail olmaq, 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü bərpa etmək qalib ölkə vətəndaşı kimi hər birimizdə ölçüyə, qiymətə gəlməz iftixar doğurur.
Bu gün, Möhtərəm Prezidentimiz, Qalib Liderimiz İlham Əliyevin rəhbərliyi ilə hərb meydanında olduğu kimi, diplomatiya, demokratiya sahəsində də yeni uğurlara imza atırıq.
Bu baxımdan martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında səsləndirilən  fikirlər də hər birimizin, ictimaiyyətin diqqət mərkəzindədir.
Eləcə də, Qurultayda Respublika Prezidenti İlham Əliyevin söylədiyi “...Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna necə deyərlər fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur...” fikri də, ölkəmizdə yeni siyasi sisteminin milli həmrəylik çərçivəsində formalaşmasını təsdiq edir.
Ölkəmizdəki altı siyasi təşkilatın – Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının vahid təşkilatda – Yeni Azərbaycan partiyasına birləşməsi Azərbaycanda demokratik ənənələrin davamlı inkişafından xəbər verir.
Bu gün ölkəmizdə demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması ümummilli siyasətimizin həlledici amilləri kimi səciyyələnir. Dinamik islahatlar yolunda mətin addımlayan Azərbaycan qısa zaman kəsiyində nəinki regionun, Avropanın, hətta dünyanın inkişaf edən, yeniləşən, demokratikləşən dövlətlərindən birinə çevrilib.
Qürurlanırıq ki, beynəlxalq aləmdə nüfuzlu söz sahibi kimi tanınırıq.  Respublikamızda bütün sahələr üzrə şahidi olduğumuz dirçəliş insan hüquqlarının təkmilləşməsində, demokratik ənənələrin inkişafında da öz sözünü deyir.
 
Həzrət AĞAYEV,
Masallı rayonu, Ərkivan qəsəbə sakini.шаблоны для dle 11.2
Вернуться назад