Главная > Siyasət > Müzəffər Azərbaycan Ordusu

Müzəffər Azərbaycan Ordusu


7-03-2021, 20:22. Разместил: yeni321
Müzəffər Azərbaycan Ordusu

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Müzəffər Ordunun öz vəzifəsinin öhdəsindən məharətlə gəlməsindən fikir səsləndirməsi bir daha onu göstərir ki, Azərbaycanın Güclü, Rəşadətli Ordusu var. Azərbaycan heç vaxt gizlətməyib ki, sülh danışıqları baş tutmayacağı təqdirdə ordusu öz sözünü deyəcək, tarixi missiyasını layiqincə yerinə yetirəcək. Əsgərlərimiz döyüş meydanında Respublikamızın ərazi bütövlüyünü qəhrəmancasına bərpa etdilər. Azərbaycan Ordusu hünər meydanında həm də illərdir ki, ATƏT-in Minsk qrupunun təmin edə bilmədiyi tarixi ədaləti bərpa etdi. Ordumuz cəmi bir neçə gün ərzində Ermənistanın 30 ilə yaxındır havadarlarının köməyi ilə qurduğu ordusunu məhv etdi. Düşmənin 250-yə yaxın çoxsaylı artilleriya qurğuları, əməliyyat-taktiki raket sistemləri, S-300 kompleksləri sıradan çıxarılıb. Qeyd edək ki, düşmən işğal olunmuş ərazilərimizdəki müdafiə mövqelərini, istehkamlarını atəşkəsdən bəri müxtəlif vasitələrlə çox möhkəmləndirmiş, bütün cəbhə boyu əraziləri minalamışdı. Lakin Azərbaycan Ordusu düşmənin cəbhə boyu müdafiə xəttini elə ilk anda darmadağın edərək, istehkamlarını ələ keçirdi. Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Ordumuzun qalibiyyəti xarici hərbi ekspertlər tərəfindən də yüksək qiymətləndirildi. Azərbaycan Ordusu işğal edilmiş ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatlarında XXI əsrdə müharibə aparılması nümunəsi göstərdi. Müasir silahlardan - pilotsuz uçuş aparatlarından, hava patrulu xidməti üçün silah-sursatdan, hədəfləri dəf etmək üçün yüksəkdəqiqlikli vasitələrdən istifadə olunmaqla aparılan döyüş əməliyyatlarının miqyası dünyanın aparıcı baş qərargahları tərəfindən çox diqqətlə öyrənilir. Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı döyüşlər müasir hərb tarixinə yazıldı. Bu döyüşlərdə ordumuzun düşmənə qarşı müxtəlif tipli çoxsaylı dronlar tətbiq edərək onun canlı qüvvəsini və texnikasını məhv etməsi yeni müharibə taktikası kimi hərbi mərkəzlərdə təhlil edilir. Ən mühümü odur ki, Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar döyüş əməliyyatlarının aparılması taktikasını dəyişir. Belə ki, hərbi əməliyyatlarla bağlı indiyə qədər mövcud olmuş ənənələr yeniləri ilə əvəz olunur Bütövlükdə, torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi ordumuzun gücünün və ümumən Silahlı Qüvvələrimizdə aparılan quruculuğun və modernləşmənin nəticələrinin döyüş meydanındakı praktik təsdiqi oldu. Azərbaycan göstərdi ki, ən müasir vasitələrlə döyüş aparmaq imkanları olan bir orduya malikdir.

Dilbər İbayeva,
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru шаблоны для dle 11.2
Вернуться назад