Главная > Siyasət > Yaşasın qəhrəman Azərbaycan əsgəri
Yaşasın qəhrəman Azərbaycan əsgəri7-03-2021, 20:29. Разместил: yeni321 |
Yaşasın qəhrəman Azərbaycan əsgəri Ölkəmiz müstəqillik qazandığı illərdə dövlətimiz qarşısında duran ən öndə vəzifə mənfur qonşularımızın ölkəmizə qarşı hərbi təcavüz aktının qarşısı olmuşdur. Bununla bağlı olaraq ordu quruculuğuna başlanılmışdır. Amma həmin dövrdə güclü liderin olmaması, özünümüdafiə dəstələrindən ibarət silahlıların bir komandanlıq altında birləşdirilməsində yol verilən nöqsanlar və vəzifə uğrunda mübarizə Qarabağ müharibəsini arxa plana atmışdır. Belə bir vəziyyətdən istifadə edən mənfur qonşularımız ard-arda Azərbaycanın rayonların işğal edirdilər. 1993-cü ildə ümumimilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinə kimi hadisələr bu yöndə davam etdi. Heydər Əliyevin balanslı siyasəti, ordu quruculuğu sahəsində də öz sözünü dedi. Hərbi sahədə bir yönlü (Rusiya) siyasət aparan Etmənistan respublikasından fərqli olaraq ölkəmiz Heydər Əliyevin və sonralar onun siyasətini uğurla davam etdirən prezident İlham Əliyevin siyasəti nəticəsində çox yönlü hərbi-quruculuğ siyasəti yürüdərək istər Ermənistanın strateji müttəfiqi Rusiyadan, istərsə də əks qütbdə dayanan Qərb ölkələrindən o cümlədən fərqli-fərqli hərbi qütblərdə olan Pakistan, İsrail, Belorusiya, Türkiyyə, Cexiya kimi ölkələrdən müasir silahlar ixrac edərək ordu quruculuğunu tamamladı. Və bu uğurlu siyasət də nəhayət ki, qırx dörd günlük Vətən müharibəsində özünü təstiqlədi. Əlbəttə ki, burada orduda aparılan kadr siyasətini, zabitlərimizin NATO standartlarına uyğunlaşdırmaq üçün Türkiyyə hərbi məktəblərində təhsil proseslərinə cəlb edilməsini və əsgər heyyətinin hərbi-hazırlıq gücünün artırılması üçün vaxtaşırı həm ölkə daxili, həm də digər ölkələrlə birgə hərbi təlimlər keçirilməsi qeyd etməmək olmaz. Rəşadətli əsgərlərimiz Ali Baş Komandanımız İlham Əliyevin komandanlığı altında erməni qəsbkarların sözün həqiqi mənasında iti qovan kimi qovaraq zəfər qazandı. Və doxsanıncı illərin əvvəllərində olmayan xalq-hakimiyyət birliyi bu zəfər öncəsi və zəfərdən sonra düşmənlərə xəbərdarlıq oldu - əgər bir də baş qaldırmaq istəsəniz Azərbaycan əsgəri bu dəfə daha amansızcasına düşmənin başını əzəcək! Əlbəttə ki, Vətən müharibəsi dövründə Türkiyyənin göstərdiyi dəstəyi də unutmaq olmaz. Cənab prezident İlham Əliyevin son müsahibələrimdə dediyi kimi ordu quruculuğu bundan sonra da Türkiyyə ordusu modelində aparılacaq. Türkiyyə-Azərbaycan qardaşlığı hərbi sahədə də özünü bariz şəkildə göstərir. Azərbaycan əsgərinin qəhrəmanlığı, torpaq uğrunda canında belə keçməsini gözə almasını, hətta bunu sevinclə, fəxrlə qarşılamasını görən düşmən bir daha çətin ki, hansısa təxribatlara əl atsın. Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev! Yaşasın müzzəffər Azərbaycan ordusu! Yaşasın qəhrəman Azərbaycan əsgəri! Yaşasın Azərbaycan Mərhəmət Lələyev, Cənubunsəsi.azВернуться назад |