Главная > Siyasət > Azərbaycan özünün Lideri ilə inkişaf edir

Azərbaycan özünün Lideri ilə inkişaf edir


7-03-2021, 20:31. Разместил: yeni321
Azərbaycan özünün Lideri ilə inkişaf edir

26 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransını sona qədər izlədim. Bu konfrans sözün əsl mənasında Azərbaycanı yenidən dünya gündəmi edən tarixi mətbuat konfransı idi.
Cənab Prezident videoformatda keçirilən mətbuat konfransında respublikanın ictimai-siyasi həyatı, ölkədə həyata keçirilən islahatlar , eləcə də dövlətimizin xarici və daxili siyasətinin prioritet istiqamətləri haqqında geniş və məzmunlu fikirlər söylədi. 4 saatdan artıq davam edən mətbuat konfransında cənab Prezident 35-dən artıq media nümayəndəsinin 50-dən artıq sualını cavablandırdı.
Video konfrans zamanı ingilis jurnalisti tərəfindən ”Siz artıq 4 saatdan artıq mətbuat konfransı və 4 dildə jurnalistlərin suallarını cavablandırmaqla rekordu yenilədiniz,” deməsi dünyanın aparıcı kütləvi informasiya vasitələrinin cənab Prezidentimizə verdiyi önəmin parlaq göstəricisidir.
Cənab Prezidentin məhz Xocalı soyqırımı günündə konfransa qatılması Azərbaycanın haqq səsinin dünya gündəminə gətirilməsində mühüm rol oynayıb. Mətbuat konfransında xarici jurnalistlər işğaldan azad olunmuş ərazilərin gələcək bərpası ,infrastrukturu haqqında Prezidentimizə suallar ünvanladılar.
Cənab Prezidentimiz İlham Əliyev çox asanlıqla bu suallara cavab verdi və qeyd etdi ki, Fizulidə artıq aeroportun tikintisinə başlanılıb. Şuşa şəhərinə iki avtomobil yolu çəkilir vəhəmin yollardan birinə " Qələbə yolu” adı verilmişdir.
İşğaldan azad edilmiş ərazilərimizin abadlaşdırılmasını , Zəngilanın çox mühüm logistika mərkəzinə ceviriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırdırılır. Prezidentimiz Ağdam şəhərini bərpa edəcəyini və orada inzibatı binalar, sosial obyektlər, yollar və digər lazimi işlər görüləcəyini söylədi.
Ölkə rəhbəri xarici jurnalistlərin suallarını cavablandırdıqdan sonra çox əminliklə qeyd etdi ki, belə səfərlər tez-tez həyata keçiriləcək. Siz indi dağılmış yerlərə səfər etdiniz, baxdınız. Bir müddətdən sonra siz o yerlərin tam bərpasını görəcəksiniz.
Cənab Prezidentin qətiyyətli , hər bir suala geniş və aydın şəkildə münasibət bildirməsi bütün mətbuat işçilərinin marağına səbəb oldu.
Bu gün dünya mətbuatında konfransın yaratdığı əks-səda haqqında gedən xəbərləri eşitdikcə Prezidentimizlə fəxr edirik.
Tarix yazan Ali Baş Komandanımızla,Sərkərdəmizlə qürur duyuruq.

Ağammədova Sevil Müslüm qızı,
Masallı rayonu, Yolağac kənd tam orta məktəbinin ingilis dili müəllimi.шаблоны для dle 11.2
Вернуться назад