Главная > Siyasət / İqtisadiyyat > Azərbaycan böyük investorlar üçün artıq daha maraqlı ölkədir
Azərbaycan böyük investorlar üçün artıq daha maraqlı ölkədir7-03-2021, 20:37. Разместил: yeni321 |
Azərbaycan böyük investorlar üçün artıq daha maraqlı ölkədirAzərbaycan Prezidenti cənab İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlərlə görüşdə ictimaiyyətinin nəzər nöqtəsini onları maraqlandıran məsələlərə cəlb etdi. Ölkə başçımız 4 saatdan çox davam edən mətbuat konfransında suallara 4 dildə cavab verməklə rekorda əldə etdi və təbiidir ki, yazarlar bunu dünya mediasına da çıxarıblar. Azərbaycan Prezidenti verilən bütün suallara dəqiq cavab verərək, aparıcı xarici media orqanlarının diqqətini əvvəlcə növbəti dəfə Ermənistanın Azərbaycana qarşı apardığı soyqırımı siyasətinə yönəltdi. Sonra cənab Prezident Qarabağda qarşıda görüləcək işlərlə media nümayəndələrinə məlumat verərək bilıdirdi ki, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Biz birinci addımı atanda bəlkə də təsəvvür etmirdik ki, bu gün nə qədər böyük layihələr icra edəcəyik. Birinci neft kəməri - Azərbaycanı, Xəzər dənizini Qara dənizlə birləşdirən, 99-cu ildə istismara verilən Bakı-Supsa kəməri, görün, nəyə gətirib çıxardı. Ondan sonra neçə layihə icra edildi. Sərmayə qoyuluşu, yeni kəşfiyyatlar, eyni zamanda, Cənub Qaz Dəhlizi. Bu layihənin icrası ilə bağlı olan məsələlərdə artıq 7 ölkə birləşib və indi bu, özlüyündə yeni bir əməkdaşlıq formatı yaradır. Eyni mənzərəni biz burada da görə bilərik. -Heç kim bizi dayandıra bilməz. Çünki yaxın tarix də göstərib, nəyi hədəfləmişiksə, ona da çatmışıq. Sadəcə olaraq, Ermənistan növbəti dəfə bu tarixi şansı itirə bilər, necə ki, 90-cı illərdə itirib, inanmayıb ki, biz bütün layihələri icra edəcəyik, onlar Ermənistandan yan keçəcək, Ermənistan bir quruş da mənfəət görməyəcək. İndi də əgər belə fikirdədirlərsə, yenə də eyni aqibətlə üzləşəcəklər. Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzunmüddətli sülhün əsas təminatçısı ola bilər, — deyə ölkəmizsin başçısı qeyd edib. Bəli, dövlətimiz hər hansı əməkdaşlığa hazırdır. Belə ki, Azərbaycan böyük investorlar üçün maraqlı ölkə olub və bu davamlı olacaq.
Hüseynova Alimə Nadir qızı,
tibb bacısı , Masallıı rayonu, Göyəçöl kənd sakini. Вернуться назад |