Главная > Siyasət > Böyük Qayıdış

Böyük Qayıdış


7-03-2021, 20:46. Разместил: yeni321

Böyük Qayıdış

Cənab Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında işğaldan azad olunan ərazilərdə həyatın yenidən bərpa olunması və investitorların bu ərazilərə cəlb olunmasından bəhs olundu. Bu gələcəkdə Qarabağın dirçəlməsinə gətirib çıxaracaq. Azad edilmiş ərazilərdə yenidənqurma işləri planlı şəkildə həyata keçirilir. Ölkə başçısının qeyd etdiyi kimi, inşa olunan yollar Qarabağın inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Qarabağ bölgəsində həyata keçirilən infrastruktur layihələrinə aeroportun tikintisi, yollar, körpülər və s. aid edilmişdir. Bu gün həmin bölgələrdən olan insanlar doğma yurdlarına qayıdacaqları günü gözləyirlər. Qarabağımızın bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı xalqımızda dövlətinə və rəhbərinə inam hissini daha da gücləndirəcək. Xalqımız Qarabağa “Böyük Qayıdış”ın sevincini yaşayır. İnanırıq ki, bu prosesə tezliklə başlanılacaq. Həmin bölgələrimiz yenidən qurulacaq, məcburi köçkünlərimiz azad olunmuş torpaqlarımızda xoşbəxt və firəvan yaşayacaqlar. Belə bir günlərdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir: “Ruhları şad olsun !”–, deyirik.

Nərmin Şahverdiyeva,
Masallı Dövlət Regional Kollecin tələbəsi шаблоны для dle 11.2
Вернуться назад