Главная > Siyasət > Tolerantlığın və multikulturalizmin Azərbaycan nümunəsi
Tolerantlığın və multikulturalizmin Azərbaycan nümunəsi7-03-2021, 20:56. Разместил: yeni321 |
Tolerantlığın və multikulturalizmin Azərbaycan nümunəsi Ermənistanın işğalçılıq siyasəti bütün fəsadları ilə yanaşı, həm də Azərbaycanın milli təhlükəsizliyinə qarşı ən böyük təhdidi yaratmışdı. Silahlı Qüvvələrimizin müzəffər hərbi əməliyyatları nəticəsində artıq bu təhlükənin aradan qaldırılması dövlətimizin və xalqımızın müqəddəratı baxımından müstəsna əhəmiyyət kəsb edir. Vətən müharibəsinin uğurlu nəticələri Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə ümumilikdə Qafqaza azadlıq, rifah, inkişaf gələcək, bölgədə münaqişə ocaqlarının sönməsinə, etnik separatizmin kökünün kəsilməsinə təkan olacaq, beynəlxalq terrorizmlə mübarizəyə növbəti mühüm töhfə verəcək. Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başlatdığı əks-hücum əməliyyatı qısa müddətdə mühüm qələbələrlə müşayiət olunaraq, əsl Vətən savaşına çevrildi. 28 il müddətində aparılan danışıqlar nəticəsində əldə edilməyən tarixi ədalət məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qısa zamanda bərpa olundu. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ordumuzun apardığı rəşadətli əməliyyatların nəticəsində qazanılan qələbə 30 ilə yaxındır ki, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın yurd həsrətinə son qoydu. İllərdir ki, doğma el-oba nisgili ilə yaşayan məcburi köçkünlər ən müqəddəs arzularına qovuşdular. İndi onlar tezliklə kəndlərinə, evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Möhtərəm Prezident bütün proseslərdə inkişaf yolunu müəyyənləşdirərkən müasir çağırışlarla, iqtisadi, sosial, siyasi, mədəni-mənəvi, humanitar sahələrdə çox təkmil modellər yaradıb. İnkişafın Azərbaycan modeli, Tolerantlığın və multikulturalizmin Azərbaycan nümunəsi, Sivilizasiyalararası əməkdaşlığın Azərbaycan platforması, idmanın yüksəlişinin ən uğurlu örnəyi və digər bu kimi nümunələr, həmçinin xaosun, terrorizmin məngənəsində olan qitədə sabitlik adası yaratmaq bacarığı indi dünyanın məşhur tədqiqat mərkəzlərində öyrənilir, qlobal təşkilatlar tərəfindən qəbul olunur. Həm də ölkəmizin, xalqımızın beynəlxalq məkanda nüfuzunun möhkəmlənməsinə əhəmiyyətli töhfələr verir. Ali Baş Komandanımız tək Azərbaycanın deyil, ümumilikdə Qafqazın yeni təhlükəsizlik sistemini formalaşdırır. Əsrlər boyu çoxsaylı münaqişələrin, etnik çaxnaşmaların, dini təfriqələrin, separatçılıq savaşlarının hədəfi olan Qafqaz bölgəsi möhtərəm Prezidentimizin sayəsində sülhə, etibarlı təhlükəsizlik mühitinə qovuşacaq. Cənab İlham Əliyevin Azərbaycanın timsalında bütün Qafqazda yaradacağı yeni təhlükəsizlik konfiqurasiyası bölgənin qədimdən indiyədək davam edən savaşlar və itkilər tarixini, mənzərəsini tamamilə dəyişdirmək gücündədir. Möhtərəm cənab Prezident Qarabağa tarixi ədalət, Qafqaza isə davamlı sülh və möhkəm təhlükəsizlik gətirir. Qarabağ bölgəsində yaratdılan yeni durum əslində bütün bölgədə münaqişə ocaqlarının sönməsinə, etnik separatizmin cilovlanmasına təkan verəcək. Həm də yüzilliklər boyu fövqəldövlətlərin toqquşan maraqları zəminində qaynar nöqtəyə çevrilən Qafqazda artıq məlum güclərin təsir və təzyiqləri də minimuma enəcək. Bütün xalqımız kimi biz Masallılar da inanır ki, cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Qarabağı yenidən quraraq, Qafqazın ən gözəl, müasir və inkişaf etmiş mərkəzlərindən birinə çevirəcəkdir. Ənvər Kərimov, Masallı rayonu, Eminli kənd sakini Вернуться назад |