Главная > Siyasət > Dünya ictimaiyyəti Azərbaycan Prezidentinin güclü və qətiyyətli lider olduğunun bir daha şahidi oldu
Dünya ictimaiyyəti Azərbaycan Prezidentinin güclü və qətiyyətli lider olduğunun bir daha şahidi oldu8-03-2021, 15:32. Разместил: yeni321 |
Dünya ictimaiyyəti Azərbaycan Prezidentinin güclü və qətiyyətli lider olduğunun bir daha şahidi oldu 26 fevral tarixində yerli və xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında 4 dildə danışan, natiqlik nümayiş etdirən və bütün suallara səlis, təmkinlə cavab verən ölkə başçımız media nümayəndələrini təəccübləndiridi. 44 günlük müharibədə Zəfər meydanında qətiyyəti ilə düşməni diz çökdürən Ali Baş Komandamız, media nümayəndələri qarşısında da öz diplomatik məharəti ilə dünyaya daha bir nümunə göstərdi və daha bir linkə imza atdı . Cənab Prezidentin bütün çıxışlarını izlədiyim kimi, mətbuat konfransını da fəxarətlə izlədim. Çünki, bir daha ölkə rəhbərimin siyasi iradəsinin, qətiyyətinin şahidi oldum. Bir ziyalı kimi çox qürurlandım və güclü Azərbaycan dövlətinin vətəndaşı olmaq mənə bir daha fərəh hissi yaşatdı. Mətbuat konfransında Prezident İlham Əliyev ona verilən sualları cavablandıraraq vurğuladı ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir ,əzəli və əbədi torpaqlarıdır. Prezident İlham Əliyev regionda yeni bir dövrün başladığını, işğaldan azad edilmiş ərazilər bərpa olunduqdan sonra köçkünlərin öz yurdlarına qayıdacağını və Azərbaycan üçün yeni iqtisadi imkanlar açılacağını qeyd etdi və regionda sülhün bərpa olunacağını, Azərbaycanın tolerant ölkə olmasını və eyni zamanda burada müxtəlif xalqların nümayəndələri yaşamasını, erməni xalqın belə bildirdi. Ölkə rəhbəri xüsusi ilə vurğuladı ki, biz əməkdaşlığa açıq bir ölkəyik. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda biz davamlı sülhə nail olmaq istəyirik. Bir ana kimi, bir müəllimə kimi xalqımıza Qarabağ Zəfərini bəxş edən ,bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlmələrini, həmçinin təcrübəli ölkə rəhbərimizin ətrafında bir yumruq kimi sıx birləşərək vətəninə, dövlətinə sadiq olmağı və hər zaman vicdanla addım atmağı qürurla öz övladlarıma ,şagirdlərimə aşılayıram. Yaşasın Azərbaycan xalqı ! Yaşasın Ali Baş Komandan ! Yaşasın Müzəffər Ordumuz ! Xəlilova Aygün Seyfulla qızı , Masallı şəhər 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi. Вернуться назад |