Главная > Siyasət > Güclü lider, güclü natiq
Güclü lider, güclü natiq8-03-2021, 15:34. Разместил: yeni321 |
Güclü lider, güclü natiq Müasir Azərbaycan gənci olaraq daima yerli və xarici mətbuatı mütəmadi izləyirəm. Ölkədə və dünyadakı hadisələri müşahidə edir, siyasi, iqtisadi, mədəni, texnoloji sahələrdə baş verən yenilikləri analiz edirəm. Mətbuatı izləyərkən ən çox diqqətimi çəkən məqam müsahibələrdir. Əsasən də dünya liderlərinin müsahibələri. Dünya liderlərinin çıxışları ölkəsi haqqında fikir formalaşdırır məndə. Bəzən çıxışlar zamanı liderlərin, yüksək vəzifə tutan şəxslərin çıxışları yetərincə savadlı, düşünülmüş, ölkəsinin, xalqının mənafeyini əks etdirmir. Çıxışlar qeyri-müəyyən, diksiyası düzgün qurulmamış cümlələr toplusundan ibarət olur. Gözlənilməz suallar liderləri çətin vəziyyətə salır, hətta bəzi hallarda ölkələr arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarır. Daima apardığım müşahidələrdə diqqətimi çəkən bir məqam var. Bizim liderimiz, Prezidentimiz cənab İlham Əliyevin çıxışları! 44 günlük müharibə dövründə cəbhədə qazandığımız uğurları informasiya cəbhəsində, mətbuat cəbhəsində də qazandıq. Müharibə dövründə cənab Prezident xarici media nümayəndələrinin qərəzli suallarına, reallıqlları görməzdən gələn, istinadı məlum olmayan məlumatlarla çaşdırmaq, qıcıqlandırmaq cəhdləri hər dəfəsində boşa getdi. Eyni hal 26.02.2021-ci il tarixində cənab Prezidentin yerli və xarici media nümayəndələri ilə keçirilən 4 saatdan artıq sürən mətbuat konfransında da təkrarlandı. Prezidentimiz bütün verilən suallara olduqca dolğun, düşünülmüş, xalqımızın mənafeyini əks etdirən tərzdə cavablandırdı. Mətbuat konfransı zamanı ispaniyalı jurnalist heyrətini gizlətmədən prezidentimizin ingilis, rus, türk dilində səlis danışmasını bildirdi. Qeyd etdi ki, çox az liderlərdə bu xüsusiyyət mövcüddür. Fəxr edirik ki, bizim cənab İlham Əliyev kimi Prezidentimiz var! Prezidentimizin nitqini biz gənclər daima örnək almalı, çıxışlardan qeydlərini götürməli, iş və həyat fəaliyyətimizdə bizə tövsiyə olunan, tapşırılan vəzifələri icra etməliyik. Yaşasın Azərbaycan! Yaşasın cənab Prezidentimiz! Fateh Xəliladə, Masallı gənci Вернуться назад |