Главная > Siyasət > Masallıda şəhid ailələri ziyarət olunub

Masallıda şəhid ailələri ziyarət olunub


8-03-2021, 19:26. Разместил: yeni321
Masallıda şəhid ailələri ziyarət olunub 

Martın 8-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun təşəbbüsü ilə Vətən müharibəsində şəhid olan Masallı igidlərinin ailələri ziyarət olunub.
Şəhid ailələrini rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, müavinlər Adəm Məhərrəmov və Aybəniz Qafarova, həmçinin rayon rəhbərinin ailə üzvləri rayon ərazisində altı, Sumqayıt şəhərində bir, Qaradağ rayonunda bir ailə olmaqla, ümumilikdə səkkiz ailəni ziyarət ediblər.
Ziyarətçilər ailələrdə olan qadınları 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edərək onlara hədiyyələr təqdim ediblər.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə və ziyarətçilərə minnətdarlıqlarını bildiriblər.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад