Главная > Siyasət > Çoxşaxəli xarici siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir
Çoxşaxəli xarici siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir9-03-2021, 13:58. Разместил: yeni321 |
Çoxşaxəli xarici siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir Bu gün Azərbaycan Respublikasının inkişafı yüksək qiymətləndirilir. Son illər əldə edilən nailiyyətlər ölkəmizlə əməkdaşlıq çərçivəsində xarici dövlətlərin əsas strateji prioritetlərindən birinə çevrilib. Xüsusilə, 44 günlük Vətən müharibəsindən qalib ayrılmağımız dövlətimizin siyasi, iqtisadi, hərbi baxımdan güclü olmasının təsdiqidir. Müsbət dəyişikliklər fonunda baş verən bu kimi hallar dünya arenasında Azərbaycanla əməkdaşlığı təqdirəlayiq hal kimi səciyyələndirir. Respublikamız Avropa, dünya məkanına günbəgün inteqrasiya etməkdədir. Çoxşaxəli xarici siyasətimiz, müsbət istiqamətli milli proritetlər ölkəmizin beynəlxalq siyasi nüfuzunun güclənməsini ehtiva edir. Bu gün Azərbaycanda xarici investorların fəaliyyətinə geniş şərait yaradılır. Uzun illər idi ki, əsas vəzifəmiz Qarabağ düyününün açılması idi. Təcavüzkar Ermənistanın qəbul edilən beynəlxalq qətnamələrə əməl etməməsi, xaqımızın başına gətirilən faciələr qınaq obyektinə çevrilsə də heç bir müsbət dəyişikliyə gətirib çıxarmadı. Odur ki, səbr kasamız dolub daşdıqdan sonra, 30 ildən sonra ərazi bütövlüyümüzü bərpa emək üçün hərbi yolla torpaqlarımızı azad etməyə üstünlük verdik və istədiyimizə nail olduq. Qələbə əzmimizdən narahat olan, uzun illər boyu ikili standartlarla çıxış edən beynəlxalq qurumların, ermənipərəst dövlətlərin ədalətsiz mövqeyinə məhəl qoymadıq. Qətiyyətli liderimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bütün hallarda Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək iqtidarında olduğunu bütün dünyaya bəyan etdik. Mahir diplomat, bacarıqlı sərkərdəmiz Vətən Müharibəsi dövründə beynəlxalq media təmsilçilərinə müsahibələrində Azərbaycanın öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini beynəlxalq hüquq normaları əsasında davam etdirdiyini ətraflı izah etdi. O, beynəlxalq mövqeyimizin möhkəmlənməsini, tərəfdaşlıq münasibətlərimizin inkişafını nümunə gətirdi. Ölkə rəhbəri bəzi məkrli siyasi dairələrin Azərbaycanın müstəqil xarici siyasətini narahatlıqla qarşıladığını, öz mənafeləri naminə daxili işimizə müdaxilə etdiklərini cəsarətlə vurğulamaqdan çəkinmədi. Cənab Prezident dəfələrlə çıxışlarında dönə-dönə bildirdi ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır: “Qarabağ Azərbaycandır!” Bu gün hər bir soydaşımız əmin və arxayındır ki, Möhtərəm Prezidentimiz uğurlu, müstəqil siyasət yeridir, heç bir dövlətdən asılı deyilik, qürurluyuq ki, dövlətimizin başçısı iradəli və qətiyyətlidir, kimsənin diktəsi ilə hərəkət etmir. İnamlıyıq ki, Azərbaycan bundan sonra da bütün sahələr üzrə davamlı inkişaf edəcək. Hatəm Alı oğlu Nağıyev, Masallı rayonu, Ərkivan qəsəbə sakini Вернуться назад |