Главная > Siyasət > QALİB XALQIN ŞANLI ORDUSU

QALİB XALQIN ŞANLI ORDUSU


9-03-2021, 14:23. Разместил: yeni321
QALİB XALQIN ŞANLI ORDUSU

Cəmi 44 günə yenilməz ordumuzun gücü və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə otuz illik işğal əzabı çəkən Qarabağ düşmənlərdən azad oldu. Ordumuz zəfər çaldı - şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin hesabına. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şanlı Azərbaycan Ordusunun zərbələrinə, aldıqları itkilərin ağırlığına dözməyən düşmən geri çəkilməyə, hətta silahlarını atıb qaçmağa məcbur oldu.
Ordumuzun göstərdiyi döyüş taktikası böyük dövlətlər tərəfindən öyrənilməkdədir. Bu tarixi qələbə təkcə Qarabağı azad etmədi, demək olar ki, dünyada hegemonlaşan erməni lobbilərinin arzularını darmadağn etdi. Türkiyənin qardaşlıq dəstəyi ölçüyəgəlməzdir. Ermənilərin özlərinə ən yaxın hesab etdikləri onlardan uzaqlaşmağa başladı. 30 ildə ermənilər Azərbaycan torpaqlarını həşarat kimi gəmirmişlər. İnzibati, yaşayış binalarını, tarixi abidələri, məscidləri yerlə-yeksan etmişlər. Müəyyən yerlərdə köç edən zaman tikililəri söküb aparmış və ya od vurub yandırmışlar. Bəlkə də dünyada, yer üzündə belə xəbis millət ola bilməz.
Hamıya yaxşı məlumdur ki, bu vandallar əsrlər boyu terrorçuluqla məşğul olmuşlar. Böyük dövlətlər bunlardan öz əcaib məqsədlərini həyata keçirməkdən ötrü istifadə etmişlər. O səbəbdən də onların çirkin əməllərinə göz yummuşlar. Ermənilər də dünya səviyyəsində özlərini gah məzlum xalq, gah da ilk xristianlar kimi qələmə verməyə çalışmış, dünyada hər şeyə nail olmuş, xalq kimi görünmək istəmişlər.
İkinci Qarabağ müharibəsi erməni lobbilərinin, onun fəal üzvlərinin görsənməyən iblis təki üzlərini aşkara çıxartdı, dünyaya göstərdi. Bu məğlubiyyətdən sonra da qonşularla dinc, yanaşı yaşamaq prinsipini qəbul etmək istəmirlər. Onlar hətta indi də dünyadakı havadarlarına arxalanaraq yenidən terror əməlləri ilə məşğul olmaq istəyirlər. Çünki, onların mayası tamamilə terrorla yoğrulmuşdur.
Kim bilir, bəlkə Ermənistanda ola bilsin ki, nə vaxtsa dövlətinin, xalqının gələcəyini düşünən rəhbər yetişəcək, onları düz yola, quruculuğa, qonşularla yaxşı əlaqələr yaratmaq yoluna dəvət edəcəkdir.Təki belə olsun.
Müstəqil Azərbaycan Respublikası mənfur qonşuların nizamsız hərəkətlərinə müdaxilə etməyə, onları daim nəzarətdə saxlamağa qadirdir. Müasir texnologiya ilə, müasir silahlarla silahlanmış ordumuz dünya tərəfindən qəbul edilmişdir.
Ordu ilə xalq birliyi yenilməzdir. Bu birlik dövlətimizin çiçəklənməsinə, işğaldan azad olunmuş yerlərin bərpa olunmasına, ordumuzun gündən-günə güclənməsinə xalqımızın daha da firavan yaşamasına xidmət edəcəkdir.

Məmmədağa Dadaşov, 
Yol mühəndisi, Masallı rayonu.шаблоны для dle 11.2
Вернуться назад