Главная > Siyasət > Müstəqil dövlət, mütərəqqi inkişaf

Müstəqil dövlət, mütərəqqi inkişaf


9-03-2021, 21:36. Разместил: yeni321
Müstəqil dövlət, mütərəqqi inkişaf

Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasət kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Bu gün dinamik davamlı siyasət yolu ilə addımlayan Azərbaycanda beynəlxalq əlaqələrin düzgün qurulmasına geniş imkan yaranıb. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqazın lider dövləti kimi dünya birliyində nüfuzumuz artır, inkişaf etmiş ölkələin dəstək və rəğbətini qazanırıq.
Zəngin siaysi təcrübəyə sahib Ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, gənc və zəif dövləti möhkəmləndirmək, qüdrətləndirmək üçün hər bir azərbaycanlı vahid amal ətrafında birləşməli idi. Əzab-əziyyətə sinə gərdik, uzaqgörən siyasətçi Heydər Əliyevin irəli sürdüyü milli ideya ilə müstəqilliyin şirin tamını daddıq.
Müstəqillik əldə etdikdən sonra istər regional, istərsə də beynəlxalq aləmdə iştirakçısı olduğu siyasi, sosial-iqtisadi, hərbi-təhlükəsizlik və s. sahələr ilə bağlı layihələrdə Azərbaycan etibarlı tərəfdaş kimi çıxış etməyə başladı, mövqeyini möhkəmlətdi və öz yerini qoruyub saxlamaqdadır.
Bu gün dövlətimiz beynəlxalq aləmdə baş verən hadisələrə təsir etmək anlamında xarici siyasət resursu kimi çıxış edir. Bu imkanları artırmaq ümummilli mənafelərimizin qorunmasında əhəmiyyətli faktor kimi xarici siyasətimizin vacib prioritetlərdəndir.
Martın 5-də, Ümummilli lider Heydər Əliyevin banisi və qurucusu olduğu Yeni Azərbaycan Partiyasının VII qurultayında Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev fikirlərini belə ifadə edib: “...müstəqilliklə bağlı Ulu Öndərin birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi. O vaxt Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzə-təzə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Belə olan vəziyyətdə hansı vətənpərvər insan müstəqilliyin əleyhinə səs verə bilər? Yəni, tam saxtalaşdırılmışdır. Ancaq Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi. Eyni zamanda, o vaxt Bakıda sovet Azərbaycanının bayrağı altında oturan rəhbərlik sanki o keçmişdən elə ikiəlli yapışmışdı ki, onu buraxmaq istəmirdi. Ancaq Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi bayraq kimi təsis edildi və Sovet İttifaqının dağılmasına hələ çox vaxt var idi...”
Bu gün, milli maraqlarımıza uyğun müstəqil xarici siyasət kursu yürüdən cənab İlham Əliyev hər birimizi dahi şəxsiyyət Heydər Əliyevin işıqlı arzularının həyata keçirilməsi istiqamətində səfərbər edir. Möhtərəm Prezidentimizin həyata keçirdiyi islahatlar Ümummilli Liderimizin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirilir.

Rafiq Azad oğlu Məmmədov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.шаблоны для dle 11.2
Вернуться назад