Главная > Siyasət > Milli həmrəylik – qələbələrimizin rəhni

Milli həmrəylik – qələbələrimizin rəhni


9-03-2021, 21:45. Разместил: yeni321
Milli həmrəylik – qələbələrimizin rəhni

Bu gün Milli həmrəylik dövlət siyasətinin ən vacib strateji prioritetidir.
Ötən əsrin 90-cı illərində müstəqilliyini bərpa edən xalqımız erməni vandallarının Qarabağı və ətraf rayonlarının işğalı zamanı, dövlətçiliyinin, ordu quruculuğunun möhkəmlənməsi illərində də millilik nümayiş etdirərək Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə nail oldu. Xalq-iqtidar birliyi ölkənin bütün regionlarının hərtərəfli inkişafını təmin etdi. Milli birliyin sonrakı təzahürü özünü güclü ordu yaratmaq, düşmən təxribatlarının qarşısını almaq üçün əsaslı tədbirlər həyata keçirmək, dünya elminə və iqtisadiyyatına inteqrasiya etmək, xalqın həyat səviyyəsini yüksəltmək, təhsilə, səhiyyəyə mədəniyyətə önəm verməkdə göstərdi.
Erməni ordusunun cəbhə xəttində atəşkəsi tez-tez pozması, yaşayış məntəqələrinə iriçaplı silahlardan atəş açması xalqın, ölkə rəhbərinin səbr kasasını doldurdu.
İyirmi faiz torpaqlarımızı işğalda saxlayan erməni faşistləri sentyabrın 27-də yeni təxribatlar törətmək üçün hücuma keçəndə Azərbaycan xalqının, xalq-iqtidar birliyi, ordumuzun yenilməzliyi ilə üz-üzə qaldı və 44 günlük müharibədə dövlətçiliyinin taleyini uçurum qarşısına gətirdi.
Bu, təkcə ermənilərə deyil, bütün dünyaya milli birliyimizin dəyərini göstərdi. Milli həmrəylik siyasəti isə ölkə rəhbəri, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş uzaqgörən siyasətinin meyarıdır.
Dünya Azərbaycanlılarının həmrəyliyi, iqtidar-xalq birliyi bundan sonra da bütün qələbələrimizin rəhni olacaq.

İbrahim Şükürov,
Masallı rayonuQasımlı kənd sakini.шаблоны для dle 11.2
Вернуться назад