Главная > Siyasət > YAP cəmiyyətin ən aparıcı siyasi qüvvəsi olduğunu sübut etmişdir

YAP cəmiyyətin ən aparıcı siyasi qüvvəsi olduğunu sübut etmişdir


10-03-2021, 16:52. Разместил: yeni321
YAP cəmiyyətin ən aparıcı siyasi qüvvəsi olduğunu sübut etmişdir

Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatının ən fəal, ən ilhamlı və unudulmaz hadisələrlə zəngin vaxtında keçirildi. Azərbaycanın sosial-iqtisadi, hərbi siyasi qüdrətinin artdığı, 44 günlük zəfər yürüşündən sonra tarixi torpaqlarımızın erməni işğalından azad olunduğu və xalqımızın çox böyük ruh yüksəkliyi şəraitində yaşayıb-yaratdığı hazırkı dövrdə aparıcı ictimai-siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının ali məclisində uğurların sərf-nəzər edilməsi, qarşıda duran mühüm vəzifələrin müəyyənləşdirilməsi bir çox amillər baxımından mühüm önəm daşıyır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, iqtidar partiyasının Sədri cənab İlham Əliyevin qurultayda videoformatda çıxışında vurğulamışdır ki, bu gün Azərbaycanın beynəlxalq nüfuzu xeyli artmış və ölkəmiz bölgədə əsas söz sahibi olan, cari reallıqları müəyyənləşdirib diktə edən gücə çevrilmişdir. Bu irəliləyiş qlobal çağırışlara uyğun şəkildə səylə davam etdirilməli, nailiyyətlər daha da artırılmalı, dövlət-xalq birliyi örnək amil kimi daha da möhkəmlənməlidir. Elə son 17 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə YAP-ın irəliyə doğru atdığı mühüm addımlar, xalqın yüksək rifahının təmin olunması partiyamızın sıralarının xüsusilə gənclər hesabına genişlənməsini təmin edib. Ölkənin 6 partiyasının YAP-ın tərkibinə daxil olması da flaqman siyasi qüvvənin necə böyük nüfuz qazandığının əyani təzahürüdür. Partiyanın rəhbər strukturlarının yenidən formalaşması, qarşıya qoyulmuş hədəflərə çatılması üçün böyük siyasi iradə göstərilməsi daha sanballı uğurlarımızın təminatçısı olacaq. Bölgədə yaranmış yeni əməkdaşlıq imkanlarının Azərbaycanın yeni dövrdə tərəqqisini təmin edəcəyinə ürəkdən inanır və hər birimiz bu amal uğrunda mübarizəyə töhfələr vermək əzmindəyik.

Seyfəddin ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri, politoloqшаблоны для dle 11.2
Вернуться назад