Главная > Siyasət > Yeni Azərbaycan Partiyası - qüdrətli Azərbaycan naminə
Yeni Azərbaycan Partiyası - qüdrətli Azərbaycan naminə11-03-2021, 13:31. Разместил: yeni321 |
Yeni Azərbaycan Partiyası - qüdrətli Azərbaycan naminə Müstəqilliyimizin ilk illərində dərin iqtisadi-siyasi böhran ölkənin siyasi həyatında bir boşluq yaratmışdı. Xalqın bütün təbəqələrini səfərbər edəcək yeni bir partiyanın yaradılmasına ehtiyac duyulurdu. Elə bir partiya ki, xalq onun liderinə inanıb ,arxasınca getsin,onun ətrafında birləşsin.Hamı Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə yenidən qayıdışını arzulayırdı.Heydər Əlievin adı ilə bağlı böyük bir siyasi partiyanın yaradılması zəruri hesab edilirdi. Azərbaycan tarixinin son dərəcə ağır və ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə 91 nəfər Azərbaycan ziyalılarının imzası ilə Naxçıvana müraciət göndərildi . Müraciətdə Heydər Əliyevin yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası yaradıldı.Partiyanın Yeni Azərbaycan Partiyası adlandırılması heçdə təsadüfi deyildir. Başda Heydər Əliyev olmaqla partiyanı yaradanlar ölkəmizi müstəqil ,qüdrətli yeni Azərbaycan kimi görmək istəyirdilər. Zaman ötdükcə partiyanın sıralarına Azərbaycanın sağlam düşüncəyə malik qabaqcıl oğul və qızlarımız daxil oldu. Güclü lider mükəmməl proqramı və siyasi platforması,qətiyyətli mövqe sayəsində bu partiya Ümumxalq partiyaya çevrildi. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyaya çevrildi. Yeni Azərbaycan Partiyası öz fəaliyyətində milli maraqları hər şeydən üstün tuturdu. Yarandığı ilk gündən dövlətçiliyimizin və xalqımızın inkşafı üçün misilsiz xidmətləri olmuşdur. Yeni Azərvbaycan Partiyası sıralarında siyasətçilərin yeni nəsli yetişmişdir. Bu nəslin ən parlaq nümayəndəsi,dərin fəlsəfi və milli köklərə malik Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı cənab İlham Əliyevdir.2000 –ci il Parlament seçkilərində İlham Əliyev Yeni Azərbaycan Partiyasının seçki kompaniyasına uğurla rəhbərlik etdi və bu partiya parlamentdə yerlərin böyük qismini qazandı. Bu illər ərzində Yeni Azərbaycan Partiyası öz beynəlxalq əlaqələrini genişləndirmişdir.Yarandığı ilk gündən bu günə kimi partiyanın keçdiyi şərəfli yol, bu gün sağlam qüvvələrin partiyaya axınını təmin edir. 5 mart 2021 –ci il tarixindəYeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Bu qurultayda Cənab Prezident İlham Əliyevin “ Biz birlikdə Güclüyük “ şüarı ilə 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması arasında bağlılıq mövcuddur. Siyasi partiyalar ölkə liderinin birlik çağırışına səs verdilər. İlham Əliyev çıxışında bildirmişdir ki, 17 illik tariximizə nəzər salsaq görərik ki , qarşıya hədəflər qoyulurdu , hədəflər düzgün müəyyən edilirdi,biz bu hədəflərə çatırdıq və yeni hədəflər qoyurduq. Beləliklə həm siyasi ,həm iqtisadi sahədə dayanıqlı inkşafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi- ərazi bütövlüyümüzün bərpasını təmin etdik. Aksana Məmmədova, Masallı şəhər sakini. Вернуться назад |