Главная > Siyasət > YAP Masallı rayon təşkilatının sədri və fəalları şəhid ailələrini ziyarət ediblər

YAP Masallı rayon təşkilatının sədri və fəalları şəhid ailələrini ziyarət ediblər


11-03-2021, 19:25. Разместил: yeni321
YAP Masallı rayon təşkilatının sədri və fəalları şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri və bir qrup partiya fəalı Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrini ziyarət ediblər.
YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşkilatın Şura üzvləri Səfail Eyvazov, Qumra Cəfərova, Azər Bağışov, Hikmət Xəlilov, Astan İbişov, partiya fəallarından Abas Mikayılov, Sabiq Cahangirov, İlkin Əzizov, Rasim Nurullayev və rayon təşkilatının əməkdaşları şəhidlər – Şirəliyev Sahib Yusif oğlu, Əlizadə Famil Habil oğlu, Həsənov Sübhan Rauf oğlu, Məmmədov Röyad Famil oğlu, Məhərrəmov Vüsal Aslan oğlu, Sadıxov Rahid Vahid oğlu, Qasımov Nayib Akif oğlu, Hüseynov Zaur Vaqif oğlu və Səlimov Sənan Nasif oğlunun ailələrinə baş çəkib, qayğıları ilə maraqlanıblar.
 Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq ifadə ediblər.

 
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад