Главная > Siyasət > 17 ilin uğurları...

17 ilin uğurları...


15-03-2021, 21:31. Разместил: yeni321
17 ilin uğurları...

Yeni Azərbaycan Partiyasının VIIQurultayında Partiyanın Sədri cənab İlham Əliyevin geniş və məzmunlu nitqini izlədikcə yaşadığımız müstəqillik tarixi sənədli film kimi gözümün önündə canlandı və bir kitab kimi vərəqləndi.
Düzdür müstəqilliyin ilk illərində məktəbli idim,lakin gündəlik həyatımızda baş verən siyasi prosesləri izləyir,anlaya bilmədiyim məsələlərdə atama və məndən böyük qardaşlarıma suallar verirdim. Bəzən aldığım cavablar çoxları kimi məndə də ümidsizlik yaradırdı. Torpaqlarımızda müharibə gedir,döyüşə gedən qardaşlarıma atam öz pulu ilə hərbi geyim, tibbi ləvazimat,döyüş sursatı olan AK-74 patronları alır və onları döyüşə yola salırdı. Bəli,məktəbli idim,amma çox şeyi başa düşür və fikirləşirdim ki belə müharibə olar? Yaxud bu vəziyyətdə necə qalib gələ bilərik? Valideynlərim isə hər gün için-için ağlayır. Atamı yoxlamağa gələn dostları həyətimizə maşınla daxil olanda bir anlığa valideynlərim təlaş içində qapıya çıxar,görəsən niyə gəliblər? Ya nə xəbər gətiriblər...?
Bu ümidsiz günlərin birində Xalqın tələbi ilə “Bu günün,sabahın və gələcəyin” partiya lideri mərhum Heydər Əliyevin hakimiyyətə gəlməsi bizdə ümid yaratdı. Onun hakimiyyətə gəlməsinin qarşısını almaq üçün nə qədər maneələr törədildi,təxribatlar salmağa başladılar,separatçılar hərəkətə başladı,lakin Xalqın iradəsini qıra bilmədilər. Ulu öndərin bir sözü ilə Xalqın ayağa qalxmasının şahidi olduq. O zaman ayağa qalxaraq hakimiyyəti qoruyanlar,valideynlərim və qardaşlarım kimi Heydər Əliyev hakimiyyətinə,Yeni Azərbaycan Partiyasına ümid edənlər idi.
Yanılmamışdıq, Müstəqil Azərbaycan hər gün yeni bir uğura imza atırdı. Bu uğurlar içində ən böyük uğurumuz Heydər Əliyev kursunun davamçısı və Heydər Əliyevin özü kimi inandığı cənab İlham Əliyevin hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının prezidenti seçilməsi idi.
Cənab İlham Əliyevin prezident seçildiyi gündən xarci və daxili siyasətdə yeni uğurlar qazanılır,Azərbaycan vətandaşlarının rifahının yaxşılaşdırılması üçün Dövlət Proqramları imzalanır və həyata keçirilirdi.
Bu gün cənab İlham Əliyevin 17 illik prezidentlik dövrünə nəzər saldıqda beynəlxalq əlaqələrin gücləndiyini,Azərbaycanı dəstəkləyən dünya dövlətlərinin hər gün artdığının şahidi oluruq.
Ölkəmizdə 95% yaşayış məntəqələri qaz təchizatı ilə təmin edilmiş,magistral və kənd yolları asfaltlanır,kənd təsərrüfatına dövlət dəstəyi hər il artırılır və s.
Bu bizim uğurlarımızdır,lakin bu uğurların içində elə bir uğurumuz vardır ki,hazırda bütün dünya mətbuatının gündəmindədir. Bu uğur Rəşadətli Ordumuzun dədə-baba torpaqlarımızı mənfur düşməndən geri almasıdır. Bu uğurun adı “Dəmir Yumruq” əməliyyatıdır və onun müəllifi Ali Baş Komandan cənab İlham Əliyevdir. Müharibənin ilk günündən qələbə qazanacağımıza inanırdım. Çünki müharibəyə yola saldığımız qardaşlarım və onların övladları I Qarabağ müharibəsindən fərqli olaraq geyimi, silah-sursatı və digər təminatı ilə NATO-nun qoşunlarından heç də geri qalmırdı. Daha valideynlər döyüşçü əsgərlərə maddi köməkdən çox onlarda mənəvi ruh yüksəkliyi yaratmağa çalışırdı. Bütün idarə etməni Ali Baş Komandan özü həyata keçirir. Xalq isə tezliklə Ali liderdən Zəfər müjdəsini gözləyirdi. Belə də oldu. Tariximizin ən gözəl uğurunu qazandıq. Artıq bu uğuru tarixçilər tarix kitabına yazır,siyasətçilər özlərinə konspekt tutur və hərbçilər döyüş planlarını dəyişərək, Azərbaycanın Şanlı Ordusunun planına uyğunlaşdırır.Bu uğurlu qələbə ilə fəxr edirik,bu qələbəni Azərbaycan Tarixinə yazan cənab İlham Əliyevə eşq olsun. Yaşasın Yeni Azərbaycan Partiyası.

Hikmət Malik oğlu Xəlilov,
Masallı rayonKöçəkli kənd sakini шаблоны для dle 11.2
Вернуться назад