Главная > Siyasət > Prezident İlham Əliyevin uğurlu siyasəti
Prezident İlham Əliyevin uğurlu siyasəti15-03-2021, 21:36. Разместил: yeni321 |
Prezident İlham Əliyevin uğurlu siyasəti Cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı üçün gördüyü işləri saymaqla bitməz. Ürəyində Vətən sevgisi olan hər bir azərbaycanlı inanıram ki, öz Prezidenti ilə fəxr edir, ondan hər yerdə qürurla danışır. Hər kəlməsinin əvvəlində “mənim Prezidentim” deyə cümləyə başlayır. Biz Cənab Prezidentin yürütdüyü siyasətə hər zaman inanmışıq və şükürlər olsun ki, heç vaxt da peşman olmamışıq. Əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin möhkəmlənməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır. Cənab Prezidentin xarici səfərləri zamanı işlərinin çox olmasına baxmayaraq mütləq həmin ölkədə yaşayan həmvətənlərimizlə görüşlər keçirmiş, onların problem və qayğılarıyla yaxından maraqlanmış, tövsiyyələr vermişdir. Son 17 ilə dönüb baxsaq necə zəhmətli yollardan keçdiyimizi, bunun nəticəsində də bol uğurlar qazandığımızın əyani şahidi olarıq. Hər il yenilənən, güclənən və daha da dirçələn Azərbaycan dünyanı özünə heyran qoymaqda davam edir. Ümummilli liderimizin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ulu öndərin bu siyasətini uğurla davam etdirir. İndi öz Prezidentinə güvənən soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcəvüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir. Cənab Prezidentin uğurlu siyasəti, möhtəşəm çıxışları, şux duruşu hər bir Azərbaycan vətəndaşına pozitiv enerji verir, onları daha da zirvələri fəth etməyə çağırır. Çox şanslı xalqıq ki, belə bir liderə sahibik. Ulu öndər Heydər Əliyevin tarixi şüarı da həmişə dilimizdədir: “ Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam ”. Biz Prezidentimiz, ölkəmiz və millətimizlə qürur duyuruq. Pərviz Zeynalov, Masallı rayon, Şərəfə kənd sakini Вернуться назад |