Главная > Siyasət > Qarşıda duran vəzifələr

Qarşıda duran vəzifələr


15-03-2021, 21:41. Разместил: yeni321
Qarşıda duran vəzifələr

YAP-ın VII qurultayı Azərbaycanın yeni qələbədən sonrakı ictimai siyasi həyatında çox əhəmiyyətli bir hadisə kimi həkk olunacaq.

YAP-ın VII qurultayı qısa müddət ərzində Vətən Müharibəsində qazandığımız misilsiz qələbəmiz ilə həm respublika həmdə respublikamızdan xaricdə ölkəmizlə bağlı real fikirlərin düzgün leqal formalaşan bir dövründə keçirilməsi YAP-nın nümayəndə və üzvlərinin hər bir işə dəqiq yanaşmaları məhsuliyyətini artırır.

Ali Baş Komandanımız İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsi olaraq Azərbaycan Respublikamız Beynəlxalq aləmdə çox böyük nufuza və diqqətə malik olan bir ölkəyə çevrilib. Ən böyük və möhtəşəm sevindirici ,hər birimizə qürur vereci fakt budur ki, bu dönəmdə Azərbyacanın ərazi bütövlüyü bərpa olundu.

Məhs bu dövrdə YAP-nın VII qurultayının keçirilməsi üçün zəruri səbəblər vardır. İstər müharibədən əvvəl ,istərsədə müharibədən sonrakı dövrdə Azərbaycanın təşəbbüsü iləreallaşan layihələr nəinki Qarabağ bölgəsinə bütün ölkəmizə yenilik və quruculuq gətirdi.Azərbaycanın uğurlu enerji,nəqliyyat siyasəti bölgədə və daha geniş olaraq Avrasiya məkaninda yeni əməkdaşlıqların sayını artırdı,Azərbaycanın beynəlxalq aləmdə mövqeyləri gücləndi.

Daha doğru tərəfdən yanaşsaq Vətəm Müharibəsi ölkəmizə yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaratmış oldu. Məhs bu dövürdə Azərbaycanın qarşısında mühüm vəziflər durur.Bərpa işlərinin planlı şəkildə aparılması investitsiya üçün imtiyazların müəyyən edilməsi qarşıda duran əsas vəziflərdir.Daxili siyasətlə yanaşı xarci siyasət kursunun davam etdirilməsi,ölkə maraqlarının qorunması,ölkələrlə əməkdaşlıq mühütinin inkişaf etdirilməsi də bura daxildir.Bütün bu məsələlərə ölkə başçımız İlham Əliyev VII qurultaydakı çıxışında dəfələrlə dəqiq və məqsədönlü yanaşmağı vurğuladı.

“YAP nəinki Azərbaycanın Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”

BizlərdəYAP-nın üzvü olaraq ölkə başçımızın VIIqurultayda səsləndirdiyi fikir və rəylərdən məqsədyönlü şəkildə bəhrələnərək Azərbaycanda milli həmrəyliyin möhkəmlənməsi istiqamətində, ölkəmizin daha da çiçəklənməsi və bütövləşmiş Azərbaycanın müstəqilliyini düzgün şəkildə inkişafında hər birimiz məsuliyyət və əzmlə çalışmalıyıq.

Biz Birlikdə Güclüyük!

Qarabaq Azərbaycandır!

Dilguşə Məmmədova,
Masallı rayonu,
Mololon kənd sakini.
шаблоны для dle 11.2
Вернуться назад