Главная > Siyasət > Genetik xüsusiyyətlərinə sadiq vandallar
Genetik xüsusiyyətlərinə sadiq vandallar19-03-2021, 11:45. Разместил: yeni321 |
Genetik xüsusiyyətlərinə sadiq vandallar İllərdir ki, genetik xüsusiyyətlərinə sadiq ermənilər ən qatı cinayətlərin iştirakçısı kimi tanınırlar. Onlar bu həqiqəti insanlığa sığmaz əməlləri ilə təsdiqləyiblər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan havadarları vasitəsilə torpaqlarımızı uzun müddət işğal altında saxladı. Təcavüzkarlar keçmiş İrəvan xanlığının ərazisində, Zəngəzurda və başqa yerlərdə olduğu kimi işğal etdikləri Qarabağdakı Azərbaycan toponimlərini də erməniləşdirmişdilər. 30 ilə yaxın davam edən hərbi təcavüz və işğalçılıq siyasəti eyni zamanda Azərbaycanın mədəni irsini də hədəf aldı. İşğal edilən Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ərazisində 2600-dən çox tarix və mədəniyyət abidəsinin əksəriyyəti dağıdıldı, mənimsənildi, təyinatına uyğun olmayan şəkildə istifadə olundu. 44 günlük Vətən Müharibəsi ərzində dünya bir daha erməni vandalizminin, erməni faşizminin şahidi oldu. Bu qaniçənlər tərəfindən yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, qəbirlər və məscidlərin 99 faizi dağıdıldı. Qətliam törətməyə adətkərdə olmuş murdar ermənilərin vəhşiliyi mülki əhaliyə qarşı vandalizm və barbarlıqda bir daha özünü göstərdi. Döyüşlərin getdiyi ərazilərdən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər və Mingəçevir şəhərləri raket atəşinə tutuldu. Qanlı terrorlar nəticəsində xeyli mülki əhali həyatını itirdi, yaralandı, yaşayış və inzibati binalara, mülki infrastruktura ciddi ziyan dəydi. Bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz növbəti soyqırım aktları idi. Kəlbəcərdə qanunsuz məskunlaşan ermənilər köç zamanı yaşadıqları evləri yandırdılar. Onlar mülki infrasturkturu və obyekləri də yararsız vəziyyətə salır, bizə məxsus meşələri qırır, yandıraraq ekoloji terror törədirdilər. Vandallar evləri yandırmaqdan əlavə apara bilmədikləri mal-qaranı da kəsərək öldürürdülər. Ağdamdakı ermənilərin də bir qismi evini, ərzaq dükanlarını, təsərrüfat binalarını yandırdılar. Erməni işğalı nəticəsində Füzuli rayonunun Qoçəhmədli kəndindəki XVIII əsrə aid məscid məhv edilib və həmişəki kimi, heyvanlar üçün istifadə edilib. Erməni vandalları şahid oldular ki, 30 ildən sonra Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün güllələnmiş heykəllərini Şuşaya – Qarabağa təcavüzkarlar üzərində zəfər çalmış Azərbaycan xalqının özü qaytarıb gətirdi. Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli və Xocavənd rayonlarında olarkən vurğuladığı kimi: “Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı-daş üstündə qoymayıb. Görün, yollar nə gündədir. Otuz il ərzində bu yollar asfalt görməyib. Onların bütün təbliğatı yalandır, bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırdılar, dırnaqarası “Artsax dövləti” – cəhənnəmə getdi. “Dövlət” idisə, bəs, niyə daş-daş üstə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bu torpaq azərbaycanlıların torpağıdır.” Səfəralı SALAYEV, Masallı rayonu, Ərkivan qəsəbə sakini. Вернуться назад |