Главная > Siyasət / Mədəniyyət > Masallıda Novruz bayramı münasibətilə şəhid və qazi ailələri ziyarət edilib

Masallıda Novruz bayramı münasibətilə şəhid və qazi ailələri ziyarət edilib


19-03-2021, 11:48. Разместил: yeni321
Masallıda Novruz bayramı münasibətilə şəhid və qazi ailələri ziyarət edilib 

Novruz bayramı münasibəti ilə Masallı rayonunun Ərkivan qəsəbəsində xeyriyyəçilərin təşkilatçılığı, qəsəbə ərazi nümayəndəliyinin və bələdiyyənin dəstəyi ilə 21 şəhid və 9 qazi ailəsi ziyarət edilib.
Ərkivan qəsəbəsi Qarabağ müharibəsində 21 şəhid verib ki, onların da 4-ü Vətən müharibəsində şəhidlik məqamına yüksəlib.
Şəhid və qazi ailələrini Masallı Rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdiri Abbas Mikayılov, RİHB-nın Ərkivan qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Sabiq Cahangirov, asiya.az saytının rəhbəri Cəfər Cəfərov, qəsəbə bələdiyyəsinin sədri Əmrah Mazanov, sahibkar Elşən Həsənov və “TAPAT” şirkətinin işçisi, Ərkivan bələdiyyəsinin üzvü, Vətən müharibəsi qazisi Sinan Abbaslı ziyarət ediblər.
Ziyarətçilər şəhid ailələrinin qayğıları, sosial durumları ilə maraqlanıblar.
Görüşdə sahibkarlar - Sucayət Qasımov, Abdulla Abdullayev, Firdovsi Nəsirov, Qismət Mirzəyev və Elşən Həsənovun bayram sovqatı şəhid və qazi ailələrinə təqdim edilib.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад