Главная > Siyasət > Yeni əsrin müharibəsi – qalib Azərbaycan

Yeni əsrin müharibəsi – qalib Azərbaycan


19-03-2021, 12:07. Разместил: yeni321
Yeni əsrin müharibəsi – qalib Azərbaycan

30 ilə yaxın bir müddətdə Dağlıq Qarabağ və ətraf rayonlarının erməni işğalı altında olması xalqımıza mənəvi əzab verirdi. Səbr kasası daşan Azərbaycanın  Ali Baş Komandanı cənab İlham Əliyev və qüdrətli ordumuzun hünəri sayəsində ötən ilin sentyabrın 27-də başlanan müharibə 44 gün çəkdi və torpaqlarımız mənfur düşməninn işğalından azad olundu. Bu müharibə az çəksə də dünya hərb tarixinə dəyərli salnamə ilə – XXI əsrin müharibəsi adı ilə daxil oldu.
Çətin dağlıq sahələrində, müasir silahların dəhşəti altında düşmənə aman verilmədi. Hadrutun, Qubadlının, Murovdağ yüksəkliyinin və nəhayət dünyanın alınmaz qalası olan Şuşanın işğaldan azad edilməsi müasir hərbin son nailiyyətləri kimi hərb tarixinə düşdü. Vətənpərvər  ordumuz İkinci Qarabağ savaşında bir an belə düşmənə göz açmağa imkan vermədi. Şuşanın alınması ilə əlaqədar çəkilən kadrlar bütün dünyanın hərb səhnəsini daha da təkmilləşdirdi.
Martın 15-də Füzuli və Hadrutda olan ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev torpaqlarımızın işğaladan azad edilməsi ilə əlaqədar Vətən müharibəsində  strateji yüksəkliklərin, vacib şəhərlərin ələ keçirilməsi zamanı əsgərlərimizin igidliyindən, istifadə olunan müasir silahlardan düzgün istifadəsindən misallar gətirmişdir. Belə dağıdıcı və sərrast silahların bu gün də ordumuz tərəfindən öyrənilməsi əsas məqsədimizdir.
Heç şübhəsiz Vətən müharibəsinin XXI əsrin müharibəsi kimi dünya hərb tarixində özünəməxsus yeri olacaqdır.

Südabə Məmmədova, 
Masallı rayonu, AJB-nin üzvü.шаблоны для dle 11.2
Вернуться назад