Главная > Siyasət > Sarsılmaz müstəqilliyimizin zəfəri

Sarsılmaz müstəqilliyimizin zəfəri


19-03-2021, 12:30. Разместил: yeni321
Sarsılmaz müstəqilliyimizin zəfəri
 
Azərbaycan xalqı tarix boyu dövlətçiliyini qorumaq, müstəqilliyini möhkəmləndirmək uğrunda mübarizə aparıb. Sovetlər dövründə on beş respublika arasında öz dəst xətti olsa da, müstəqilliyin əsas müddəalarından – özünün maddi və mənəvi sərvətlərindən müstəqil şəkildə istifadədən məhrum idi.
Ötən əsrin 90-cı illərində Azərbaycan xalqı öz  müstəqilliyini bərpa edib dünyada müstəqil dövlət kimi tanınmağa başladı. Ölkə iqtidarının bacarıqsızlığı ucbatından bu müstəqillik üçün bəzən narahatçılıqlar  yaranırdı. Ulu Öndərimiz – dünyanın böyük siyasətçilərindən olan Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədəki xaosa, özbaşınalığa son qoyuldu. Müstəqilliyimizə  təhlükə yaratmaq istəyənlərin qarşısına sədd çəkildi.
Ümummilli Lider həmin illərdə qəti olaraq bildirdi ki, Azərbaycan müstəqil dövlətdir. Bu müstəqillik isə dönməz və əbədidir.
1995-ci ilin 13-17 mart hadisələri kimi Azərbaycanda dövlət çevrilişinə cəhd buna misaldır. Bu hadisələr isə silahlı qiyam kimi tariximizə düşdü. Ulu Öndər Heydər Əliyevin böyük siyasi fəaliyyəti nəticəsində ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alındı. Bu missiyanl Ulu Öndər nüfuzu və xalq birliyinin dəstəyi ilə həyata keçirə bildi. İllər keçdikcə Azərbaycan bu müstəqilliyi həyatın bütün sahələrində həyata keçirildi. Dünya dövlətlərinə inteqrasiya, neft kontraktlarının bağlanması və başqa tarixi hadisələr bu müstəqilliyi əbədiləşdirdi.
Bu gün xalqımız bu müstəqilliyi əbədiləşdirmək üçün dövlətçiliyimizi daha da möhkəmləndirmək uğrunda sərvaxt olmalıdır.

Cabir Canəli oğlu CAMALOV, 
Masallı rayonu, Şıxlar kənd sakini.шаблоны для dle 11.2
Вернуться назад