Главная > Siyasət / Manşet > Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi
Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi11-12-2017, 14:16. Разместил: yeni321 |
Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi Masallı Dövlət Regional Kollecində Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı və Dövlət Regional Kollec ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirin əvvəlində ulu ondər Heydər Əliyevin xatirəsi bir dəıqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev bildirmişdir ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ərəfəsindəyik. Heydər Əliyevin adı Azərbaycan tarixində təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalacaqdır. Qədirbilən hər bir azərbaycanlının qəlbində ulu öndərin ölməz obrazı daim yaşayır və yaşayacaqdır. S.Əliyev ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısından, onlara inamından danışıb qeyd etmişdir ki, Heydər Əliyev Azərbaycan gəncliyini Azərbaycan dövlətinin gələcəyi adlandırırdı və gəncləri bu etimada əməli işlə cavab verməyə çağırdı. Ulu öndər demişdir: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” Natiq çıxışının axırında gəncləri Heydər Əliyev ideyalarına sədaqətli olmağa, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ətrafında sıx birliyə çağırdı. Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova çıxış edərək ulu öndərin zəngin həyat və fəaliyyətindən danışmış, onun Azərbaycana rəhbərlik etdiyi sovet dövründən Azərbaycanın gələcək inkişaf yolunun əsası qoyulduğunu bildirib demişdir ki, hələ o zamandan başlayaraq iqtisadi, sosial, mədəni və digər sahələrdə oyanış baş verib. İkinci dəfə hakimiyyətə gəlişi ilə ulu öndərimiz Heydər Əliyev Azərbaycanı gənc müstəqil dövlət kimi uçurumun kandarından xilas edərək qorudu, yaşatdı, gücləndirdi və bu günki müasir, güclü, inkişaf edən ölkəyə çevirdi. Azərbaycan ümumilli lider Heydər Əliyevin şah əsərlərindən biridir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir”. Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında Xalq şairi Zəlimxan Yaqubun “Ölümsüz həyat” ədəbi-bədii kompozisiyası səsləndi. Kompozisiyanı tamaşaçılara kollecin müəllimi, aktyor, Xalq Teatrının rəhbəri Cəmallədin Əliyev və kollecin tələbələri təqdim etmişlər. Rəsul RZAYEV, Elsevər Əliyev (foto). “Yeni həyat”, www.Yeniheyet.az Вернуться назад |