Главная > Siyasət > Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin övladı dünyaya göz açıb

Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin övladı dünyaya göz açıb


20-03-2021, 10:36. Разместил: yeni321
Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin övladı dünyaya göz açıb
 
Masallı Rayon İcra Hakimiyyəti başçısının maüvini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova və rayonun bir qrup fəal qadını rayonun Viləş kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid gizir İntiqam Əsgərlinin övladının dünyaya göz açması ilə əlaqədar ailəsi ilə görüşüblər.
Görüşdə Aybəniz Qafarova qəhrəman atasının adını daşıyan övladı dünyaya gətirən ananı təbrik edib, körpənin babası Bayram Əsgərli və nənəsi Ziba Əsgərliyə gözaydınlığı verərək Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun təbriklərini çatdırıb.
Qeyd edək ki, İkinci Qarabağ Müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin qardaşı Xüsusi Təyinatlı Qüvvələrin mənsubu şəhid Nurlan Əsgərli 2016-cı ilin Aprel döyüşləri zamanı böyük qəhrəmanlıq göstərərək şəhdlik zirvəsinə ucalıb.
Xatırladaq ki, şəhid İ.Əsgərlinin 2 yaşında Nur adlı qız övladı da var.
Şəhid anası Ziba xanım hər iki övladının torpaqlarımızın azadlığı uğrunda şəhid olmasından qürur hissi keçirdiyini ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədova təşəkkürünü bildirib.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад