Главная > Siyasət / Mədəniyyət > Masallıda şəhid ailələri Novruz bayramı müasibəti ilə ziyarət olunub

Masallıda şəhid ailələri Novruz bayramı müasibəti ilə ziyarət olunub


22-03-2021, 11:46. Разместил: yeni321
Masallıda şəhid ailələri Novruz bayramı müasibəti ilə ziyarət olunub

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun təşəbbüsü ilə Vətən müharibəsində şəhid olan Masallı igidlərinin ailələri ziyarət olunmuşdur.
Belə ki, rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, həmçinin rayon rəhbərinin ailə üzvləri rayonun Ərkivan qəsəbəsində şəhid mayor Anar Novruzov, Hişkədərə kəndində leytenant Zaur Hüseynli, Çaxırlı kəndində çavuş Namiq Bağırov, Qarğalıq kəndində gizir Elvin Əzizov, İmanlı kəndində əsgər Məhəmməd Vəliyev və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin ailələrini ziyarət etmiş, hər bir ailəni Novruz bayramı münasibəti ilə təbrik edərək, onlara bayraq sovqatları və müxtəlif hədiyyələr təqdim etmişlər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə və qonaqlara minnətdarlıqlarını bildirmişlər.

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад