Главная > Siyasət / İqtisadiyyat / Mədəniyyət > Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək


24-03-2021, 21:11. Разместил: yeni321
 
Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

30 ilə yaxın idi ki, Qafqazın sənət məbədi, Azərbaycan musiqisinin beşiyi sayılan, bu il ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşanın işğalı bizimçün “ən ağır itki” sayılırdı.
Ermənistanın Baş nazirinin Şuşanın ələ keçirilməsinin 27-ci ildönümünü qeyd etmək üçün Cıdır düzündə düzənlənən məclisdə sərxoş halda “Yallı” oynaması aşıb-daşan səbrimizi tükətdi.
Artıq dörd aydan çoxdur ki, Azərbaycan son iki yüz illik tarixinin ən zəfərli günlərini yaşayır. İşğaldan azad edilən digər yaşayış məntəqələrimiz kimi Şuşa şəhəri də öz azadlığına qovuşdu. Saxta tarix yaratmağa cəhd edən düşmən qarşımızda tab gətirmədi. Dizə çökən Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərdən koputulyasiya edildi.
Bir vaxtlar Şuşada inaqurasiya mərasimi keçirməyə hazırlaşan şəxslər bir daha bu şəhərə ayaq belə basa bilməyəcək.
Paşinyanın öz vətəndaşlarına “Şuşada yaşayanların 90 faizi azərbaycanlılar olub, siz Şuşanı ermənilərin hesab edirsiniz?” deməsi Ermənistanın işğalçı siyasətinin, Qarabağın Azərbaycana məxsus olmasının rəsmi etirafıdır, desək yanılmarıq.
Qafqazın incisi hesab olunan Şuşa Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidə, tariximizin, mədəniyyətimizin, elmimizin böyük bir hissəsini əks etdirən vahid muzeydir.
Məhz buna görədir ki, Böyük Qayıdış, işğaldan azad edilən torpaqların yenidən qurulması planı Şuşa şəhərindən başlayır. Hazırda burada ərazi və şəhərsalma, eləcə də mədəni-dini abidələrin mövcud vəziyyəti,  arxitektura görünüşü dəyərləndirilir, mərhələli şəkildə bərpa olunur.
Artıq şəhərətrafı infrasturkturun bərpasına, yolların çəkilişinə başlanılıb, enerji təminatı gerçəkləşib, şəhərin alternativ və dayanıqlı içməli su təchizatı təmin edilib,  bəzi dövlət qurumlarının nümayəndəlikləri fəaliyyət göstərir. Əhəmiyyətli dərəcədə zədələnmiş Şuşa qala divarları və qala qapısının bərpa və konservasiyası uğurla başa çatdırılıb.
Bir neçə ay öncə Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri Şuşaya gətirildi. Heydər Əliyev Fondunun maliyyə dəstəyilə ermənilər tərəfindən vəhşicəsinə dağıdılan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi əvvəlki görkəminə qaytarılır. “Qarabağ” mehmanxanasında təmir-bərpa işləri aparılır.
Şuşada digər sahələr kimi, turizm sahəsi, xalçaçılıq sənəti və s. də dirçəldiləcək.
Ölkə başçısının tapşırığı ilə bu il Şuşada iki tədbir – “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək...
Əminik ki, Dövlət başçımızın tapşırığı və nəzarəti ilə qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində, qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Şuşa şəhərində olarkən vurğuladığı kimi: “Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz.”

Akif AĞAYEV.шаблоны для dle 11.2
Вернуться назад