Главная > Siyasət > Masallı gənclərinin qazi ilə görüşü

Masallı gənclərinin qazi ilə görüşü


25-03-2021, 10:48. Разместил: yeni321
Masallı gənclərinin qazi ilə görüşü 

Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin kollektivi İkinci Qarabağ müharibəsi qazisi Xəlilli Kamran Nazir oğlunu ziyarət edib.
Ziyarət zamanı qazinin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəman əsgər Vətən müharibəsindəki qələbə sevincini, döyüş xatirələrini gənclərlə bölüşüb, müharibə başlandığı gündən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirib.
Qazi Kamran Xəlilli 27 sentyabrda başlayan ll Qarabağ müharibəsində Hadrut qəsəbəsinin, Füzuli, Cəbrayıl, Şuşa şəhərlərinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Qəhrəmanımız Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Xəlilli Kamran Nazir oğlu "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад