Главная > Siyasət > Qarabağın sabahı nurlu və gözəl olacaq
Qarabağın sabahı nurlu və gözəl olacaq25-03-2021, 11:28. Разместил: yeni321 |
Qarabağın sabahı nurlu və gözəl olacaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olan Şuşaya ilk səfəri zamanı “Əziz Şuşa, biz gəlmişik, əziz Şuşa, sən azadsan, əziz Şuşa, sən abad olacaqsan, deməsindən həm qürur duydum, həm də kövrəldim. Şuşa ölkəmizi mədəniyyət mərkəzi, musiqi beşiyi, dahilər məskəni edib. Ermənilər buranı erməni şəhəri kimi dünyaya tandırdılar. Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasəti ordumuzun qeyri-adi sücayəti ilə Qarabağ Azərbaycan oldu, xalqımız rahat nəfəs aldı, dünyada başımız ucaldı, kecmiş qəhramanlıq tariximizi qaytardı. 30 ilə yaxın bir müddıtdə Qarabağ və ətraf rayonlarda daşı-daş ustə qoymayan erməni vandallarının əməlləri Möhtərəm Prezidentimiz tərəfindən dünyanın ən mötəbər media nümayəndələrinin diqqətinə çatdırılıdı. Bildiymiz kimi, Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyev, Birinci vitse-Prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva martın 16-da yenidən Şuşa səfərində oldular. Deyərdim ki, cənab Prezidentimizin Şuşada yenidən olması düşmənlərimzə bir mesajdır. Dövlət başçımız ermənilərə sübut etdi ki, Şuşa əzəli Azərbaycan şəhəri, xalqımzın müqəddəs yeri, məkanıdır - tarixi, gözəlliyi, strateji əhəmiyyəti, mədəniyət nümunələri ilə. Bunu cənab Prezidentmizin buradaki, cıxışnda da yəqin etdik. Ali Baş Komandan gördüklərindən, qarşıdakı quruculuq işlərindən danşaraq demişdir: “Dünən Azıxdan cıxıb Şuşaya gədik. Yollar hələ ki, bərbad vəziyyətdədir. Çünki yol yoxdur, zəfər yolu ilə gəlmişdik, hələlik ancaq torpaq yoldur. Çünki havalar soyuq kecir. Asfalt döşəmək mümkün deyil. Keçən dəfə yanvar ayında gəlmişdik. Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir, yəqin Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. 30 il ərzidə ermənilər bulaqlarımızı qurudublar. Görün şəhər nə gündədir, düşmən Şuşanı nə günə qoyub? Cənab Prezident vaxtı ilə Ulu Öndər Heydər Əliyevin Şuşada olmasını, Vaqifin məqrəbəsinin açılışnda və şairin poeziya günündə iştrakını xatrlatdı:” Biz tarixi bərpa edirik, dedi, buradakı layihələrin Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev fondu tərəfindən həyata keçiriləcəyini söylədi. Cənab İlham Əliyev ailəsilə birlikdə M.P.Vaqifin muzey-məqbərə kompleksində, Pənahəli xanın dağıdılan sarayında, XIX əsrə aid Karvansaray tarixi-memarlıq kompleksində, Şuşa Dövlət Rəsm Qalareyasında, “ Qarabağ “ mehmanxanasında oldu. Möhtərəm Prezidentmiz hər yerdə erməni vandallarının bərbad etdikləri bütün kənd, qəsəbə və şəhər yolarının, tarixi obyektlərini tezliklə yendidən qurulacağını bir daha bildirdi. Şuşanın bərpası ücün bütün imkanlar səfərbər olunacaq, söylədi. Biz ölkə rəhbərimzə inanırıq və bütün bu nəhəng layihələrin həyata kecirlməsində cənab prezidentmizə dəstək olacağıq. Həsənağa ƏLİYEV, Masallı rayonu, AJB-nin üzvü. Вернуться назад |