Главная > Siyasət > Masallıda ictimai birliyin sədri və rayon rəsmisi şəhid ailəsini ziyarət ediblər

Masallıda ictimai birliyin sədri və rayon rəsmisi şəhid ailəsini ziyarət ediblər


27-03-2021, 16:54. Разместил: yeni321
Masallıda ictimai birliyin sədri və rayon rəsmisi şəhid ailəsini ziyarət ediblər

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova və Masallı rayon İcra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə şəhid olan və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən İntiqam Əsgərli və Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Nurlan Əsgərli qardaşlarının ailəsini ziyarət ediblər.
Qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaətlə döyüşən və böyük qəhrəmanlıq göstərərək şəhid olan Nurlan və İntiqam Əsgərlinin keçdiyi şərəfli döyüş yolunun gənc nəslə nümunə olduğunu bildiriblər.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад