Главная > Siyasət > Masallıda Vətən müharibəsi iştirakçıının gənclərlə onlayn görüşü
Masallıda Vətən müharibəsi iştirakçıının gənclərlə onlayn görüşü1-04-2021, 19:00. Разместил: yeni321 |
Masallıda Vətən müharibəsi iştirakçıının gənclərlə onlayn görüşü keçirilib “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Ağa Ağazadənin gənclərlə onlayn görüşü keçirilib. Layihənin məqsədi Azərbaycanın ərazi bütövlüyü və müdafiəsi uğrunda canından keçən şəhidlərin, eləcə də qazi və döyüşçülərin həyat və döyüş yolunu öyrənmək, həmçinin onların şücaətini gənc nəslə təbliğ etməkdir. Virtual görüş öncəsi Vətənin azadlığı yolunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızı qələbəyə səsləyən çağırış oldu: “44 gün davam edən müharibədə xalqımızın nümayiş etdirdiyi möhtəşəm səfərbərliyi, dövlət başçısı ətrafında sıx birləşməsi qüdrətli Azərbaycanın bütün dünyada özünün təsdiqi kimi qəbul edildi. Azərbaycanın şanlı ordusunun gücü və Müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti, siyasi iradəsi nəticəsində müharibənin qələbə ilə başa çatması qürurumuzu bizə qaytardı.” Vətən müharibəsi iştirakçısı Ağa Ağazadə İkinci Qarabağ savaşında keçdiyi döyüş yolu barədə məlumat verib. Müharibə getdiyi günlərdə yaşadıqları hissləri, ağrı-acılı xatirələri görüş iştirakçıları ilə bölüşüb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan Ağa həkim-zabit kimi döyüşçülərimizin xidmətində dayanması ilə qürur duyduğunu bildirib. O, gənclərdə vətənpərvərlik hisslərinin daha da güclənməsi üçün tövsiyələrini verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Məlumat üçün bildirək ki, Ağa Məmmədağa oğlu 1985-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində, ziyalı ailəsində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Bir il Bakı şəhər “Sağlam-Ailə” klinikasında işləyib. Sonra ordu sıralarına çağırılıb. İki il (2009-2011) hərbi tibb xidməti rəisi vəzifəsini daşıyıb. Sonra Masallı rayon Mərkəzi Xəstəxanasında (2011-2015), “Həyat” klinikasında (2015-2021) uroloq-androloq kimi çalışıb. Hazırda Davinçi Hospitalda işləyir. 2013-2014-cü illərdə Türkiyənin Samsunq şəhərində Ondokuz Mayıs Universitetinin uroloji bölməsində andrologiya ixtisası üzrə kurslarda olub. Azərbaycan Androloji Cəmiyyətin üzvü A.Ağazadə Türkiyədə, Bakı və Qəbələ şəhərlərində təşkil olunan elmi konfranslarda müxtəlif mövzularda çıxış edib. Ailəlidir, üç övladı var. Akif AĞAYEV, www.yeniheyet.az Вернуться назад |