Главная > Siyasət > Masallıda şəhidin doğum günü qeyd olunub

Masallıda şəhidin doğum günü qeyd olunub


2-04-2021, 20:00. Разместил: yeni321
Yaşasaydı 20 yaşını qeyd edəcəkdi Sənan 

Masallı rayonunun Təzə Alvadi kəndində şəhid Səlimov Sənan Nasif oğlunun doğum günü qeyd olunub.
Tədbirdə şəhidin ailəsi və yaxınları ilə birlikdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlari, həmçinin ərazi nümayəndəliyi, bələdiyyə, şəhidin dostları iştirak ediblər.
‌İlk öncə tədbir iştirakçıları Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Səlimov Sənan Nasif oğlunun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Anım mərasimində şəhidin həyat yolundan, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlığından danışılıb.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədova və qonaqlara minnətdarlıq ifadə ediblər.
Məlumat üçün bildirək ki, Sənan Nasif oğlu Səlimov 1 aprel 2001-ci il tarixdə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub.
2007-2016-cı illərdə Təzə Alvadı kənd 2 nömrəli tam orta məktəbində 9-cu sinfə qədər təhsil alıb.
2019-il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri Sənan Səlimov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşüb. İgid döyüşçü oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb. Masallı rayonunun Təzə Alvadı kənd qəbiristanlığında dəfn edilib. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsinin şəhidi əsgər Sənan Nasif oğlu Səlimov ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.

www.yeniheyet.az

 
 шаблоны для dle 11.2
Вернуться назад