Главная > Siyasət > Böyük Qələbə - Bütöv Azərbaycanın şərəfli salnaməsi

Böyük Qələbə - Bütöv Azərbaycanın şərəfli salnaməsi


4-04-2021, 16:08. Разместил: yeni321
Böyük Qələbə - Bütöv Azərbaycanın şərəfli salnaməsi
 
44 günlük Vətən müharibəsi şanlı qələbəmizlə yekunlaşdı. Haqq mübarizəmizi uğurla başa vurduq. Ermənistanın işğalçı siyasətinə son qoyduq, tarixi ədalətsizliyi bərpa etdik.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyevin formalaşdırıb gücləndirdiyi Azərbaycan Ordusu qələbənin qazanılmasında öz sözünü dedi. Qafqazda, bütün regionda terrorçu və faşizm rejiminin süqutuna nail olduq. 30 ildə düşmənin milyardlarla vəsait xərclədiyi keçilməz istehkamlarını “dəmir yumruğumuzla” darmadağın etdik. “İkinci erməni dövləti” yaratmaq niyyətindən əl çəkə bilməyən qəsbkarların və havadarlarının xülyaları alt-üst oldu. İşğalçıları torpaqlarımızdan iti qovan kimi qovduq. Ermənistanı rəzil duruma saldıq, iqtisadi təlatümlərə düçar elədik, ordusunu, siyasi-hərbi rəhbərliyini dizə çökdürdük.
Ermənipərəst dövlətlərin haqq səsimizə ədalətsiz yanaşması, ikili standartlar qələbəyə olan inamımızı sarsıtmadı, Liderimizin dəmir iradəsinə təsir etmədi. Məhz zamanın yetişdirdiyi bu həqiqət anlarında bütün dünyaya özümüzü, kimliyimizi tanıda bildik. Qısa müddət ərzində əzəli torpaqlarımızın azad olunması tarixi bir qələbə oldu. Şuşanın xilası İkinci Qarabağ savaşının pik nöqtəsi oldu.
Döyüş meydanında məğlub olan mənfur düşmən öz xain xislətinə sadiq qalaraq mülki əhalini raket atəşinə tutdu. Erməni cəlladları bir daha özlərinin əsl mahiyyətini bütün dünyaya nümayiş etdirdilər. Buna rəğmən humanist mövqe sərgilədik, qisasımızı döyüş meydanında aldıq. Bu dəfə də xalqımız erməniləri utandırmağı, bütün dünyanı isə heyrətə salmağı bacardı – 10 noyabrı Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.
Müzəffər Komandanımızın rəhbərliyi, əsgərlərimizin misilsiz rəşadəti ilə son yüzillikdə qazanılan bu möhtəşəm qələbə nəinki Azərbaycanın, bütün türk xalqlarının tarixi zəfərinə çevrildi. Vətən müharibəsində qüdrətli ordumuzun rəşadəti XXI əsrin döyüş nümunəsi kimi iri dövlətlərin, xarici hərbi ekspertlərin müzakirə mövzusuna çevrildi.
Dövlətimizin başçısı İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündəki çıxışında söylədiyi kimi: “Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb.”
Bəli, bu gün hər birimiz qürurluyuq ki, Bütöv Azərbaycanın şərəf və şöhrət dolu salnaməsinə həkk olan bu Böyük Qələbəni gələcək nəsillər də iftixar hissilə xatırlayacaqlar.

Salam Şükür oğlu Qasımov,
Masallı rayonu, Ərkivan qəsəbə sakini.шаблоны для dle 11.2
Вернуться назад