Главная > Siyasət > Vətən müharibəsi erməni işğalına son qoydu

Vətən müharibəsi erməni işğalına son qoydu


19-04-2021, 15:59. Разместил: yeni321
Vətən müharibəsi erməni işğalına son qoydu
 
Ermənistanın Qarabağı işğal etməsi 27 il davam etdi. Bu dövr ərzində dünya ictimaiyyəti erməni lobbisinin yalanlarına inanıb Azərbaycanın haqq işinin əleyhinə çıxdı. BMT öz qətnamələrinin həyata keçirilməsinə əhəmiyyət vermədi. ATƏT funksiyasını ermənilərin xeyrinə yerinə yetirdi. Bəzi dövlətlər isə bu işğala biganə yanaşıb Qarabağı erməni torpağı kimi tanıtmağa üstünlük verərək hər iki dövləti “sülhə” dəvət edirdi. Lakin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Qarabağın tezliklə azad olunmasını israr edir, ordu quruculuğuna diqqəti artırırdı. Ermənistan isə torpaqlarını genişləndirmək üçün Türkiyəyə, Gürcüstana bu məsələdə iddiaçılığdan əl çəkmirdi.
İllər keçir, Ermənistan isə görüşlərdən bu məsələdə “sülh” yolunu tuturdu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağı ancaq müharibə yolu ilə almağın mümkünlüyünü dəqiqləşdirmişdi. Odur ki, ölkənin iqtisadiyyatını möhkəmləndirməyi, ordunu möhkəmləndirib ən müasir silahlarla təchiz etməyi qarşısına məqsəd qoymuşdu.
2016-cı ilin Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu Ali Baş Komandan   İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımızı işğaldan azad edə bilər. Lakin bu döyüşlər də  ermənilərə dərs olmadı.
Qəhrəman, vətənpərvər oğullarımız 44 günlük Vətən müharibəsi dövründə erməni ordusunun 30 illik alınmaz istehkamlarını dağıdıb, düşmən ordusunu torpaqlarımızdan qovmağa nail oldu. Bu müharibə nəticəsində nəinki torpaqlarımız azad edildi, Ermənistan ordusuz qaldı. İndi onlar nə Türkiyədən, nə də Gürcüstandan torpaq iddia edə bilər.
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan   İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonrakı inkişaf və əzmkarlıq” adlı beynəlxalq konfransda bu məsələ ətrafında geniş danışmış,  Ermənistan işğalına əbədi son qoyulduğunu söyləmişdir. Cənab Prezident bir sıra məsələlərə aydınlıq gətirərək göstərmişdir ki, bu konfrans yalnız  regionda cərəyan edən hadisələrə marağın deyil, eyni zamanda 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqı ilə həmrəyliyin əlaməti kimi qəbul edirik. Həmin torpaqlarda tarixi və dini abidələrin, şəhər və kəndlərimizin necə viran etdiklərinin şahidi olduq. İndi bütün dünya da buna şahiddir.
 
Fəxrəddin TALIBZADƏ,
Masallı şəhər sakini, respublikanın qabaqcıl təhsil işçisi.шаблоны для dle 11.2
Вернуться назад