Главная > Siyasət > Hərbi Qənimətlər Parkı – Vətən müharibəsinin miqyası və möhtəşəmliyi

Hərbi Qənimətlər Parkı – Vətən müharibəsinin miqyası və möhtəşəmliyi


19-04-2021, 16:07. Разместил: yeni321
Hərbi Qənimətlər Parkı – Vətən müharibəsinin miqyası və möhtəşəmliyi
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 12-də Bakıda yaradılmış, bütün dünya ermənilərinin göz dağına dönən Hərbi Qənimətlər Parkının açılışındakı çıxışını diqqətlə izlədik və bundan qürur hissi duyduq.
Qisas qiyamətə qalmaz, deyirlər. Birinci Qarabağ döyüşləri zamanı ermənilər Qarabağdan qovduqları insanların şəxsi maşınlarının dövlət nömrə nişanlarını nümayiş etdirirdilər. O illərdə  müstəqilliyini bərpa edən Azərbaycan silahsız və köməksiz idi. Ulu Öndər Heydər Əliyev və onun siyasi varisi, dünya şöhrətli Prezident, ordumuzn qalib sərkərdəsi cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan xalqı yumruq kimi birləşib iqtidarı dəstəklədi. Ölkə rəhbəri isə bu birliyə arxalanaraq xalqın rifahını yüksəltməyə, iqtisadiyyatı möhkəmləndirməyə və bu hesaba ən müasir silahlı ordu yaratmağa nail oldu. Bu ordu  dəfələrlə ermənilərə gücünü göstərdi. Həhayət, şəhidlərimizin qanı, torpaqlarımızın, dağıdılmış kənd və şəhərlərimizin qisası alındı. Düşmən it kimi torpaqlarımızdan qovuldu. Müharibə başlarsa tanklarımız Bakının küçələrində şütüyəcək, deyən erməni liderinin sözü “göyərdi” . Ancaq bu tanklar Bakıda yaradılan Hərbi Qənimətlər Parkında ünvan tapa bildi. Nəinki tanklar, onlarca odlu, dağıdıcı silahlar da burada turistlər üçün maraqlı eksponatlara çevrildi.
Bu parkın ilk ziyarətçisi də məhz bu müharibədəki qələbənin ilhamvericisi olan qalib Ali Baş Komandan  oldu.
Yadımdadır, Vətən müharibəsinin Qələbəsinin rəsmləşdirilməsindən bir gün sonra, noyabrın 11-də müzəffər Ali Baş Komandan  hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planları olduğunu demişdi. Dekabrın 10-da isə Zəfər paradında bu texnikanın bir qismi nümayiş etdirildi və cənab Prezident Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürdü.
Bu gün isə qalib  Ali Baş Komandan  dəmir yumruq nəticəsində ermənilərin hərb meydanında qoyub qaçdığı ən ağır texnikasına – parkın ən maraqlı və tarixi eksponatlarına baxıb döyüşçülərimizə təşəkkürünü bildirir.
Bu park Vətən müharibəsinin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir.
Hərbi Qənimətlər Parkını ziyarət edən hər bir əcnəbi turist ölkə rəhbərinin xalq və ordu ilə yekdilliyinin, qəhrəmanlığımızın şahidi olacaq.
 
Elşən Zülfüqar oğlu Baloğlanov,
Masallı rayonu, Ərkivan qəsəbə sakini.шаблоны для dle 11.2
Вернуться назад