Главная > Siyasət > Qarabağın şəhər və kəndlərinin bərpası ən önəmli vəzifəmizdir

Qarabağın şəhər və kəndlərinin bərpası ən önəmli vəzifəmizdir


22-04-2021, 13:26. Разместил: yeni321
Qarabağın şəhər və kəndlərinin bərpası ən önəmli vəzifəmizdir
 
Vətən müharibəsi günlərində bütün fəaliyyətinin bu taleyüklü məsələyə həsr edən möhtərəm Prezidentimiz  İlham Əliyev hazırda işğaldan azad edilmiş torpaqlarda yeni infrastruktur layihələrin tezliklə həyata keçirilməsi üçün bütün resurslardan vaxtında istifadə edilməsinə çalışır. Aprelin 20-də Hacıqabul rayonunda səfərdə olan ölkə rəhbəri Azərbaycan televiziyasına verdiyi müsahibədə bu məsələlərə genişliklə aydınlıq gətirmişdir. Cənab Prezident bildirmişdir ki, indiki mərhələdə azad  edilmiş torpaqlarda, şəhər və kəndlərdə çox geniş infrastruktur layihələrin həyata keçirilməsinə başlanıb. Burada ən böyük çətinlik isə ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir. Bizə də, dünya ictimaiyyətinə də bəllidir ki, onlarda belə xəritələr var. Odur ki, müharibə başa çatandan sonra yüzdən çox mülki vətəndaşımız minaya düşərək yaralanmış və ya həlak olmuşdur. Bu səbəbdən də biz torpaqlarda minatəmizləmə işini sürətləndiririk.
Cənab Prezident müsahibəsində bildirmişdir ki, bu işlərlə yanaşı əsas infrastruktur layihələrə də  start verilib. Azad edilmiş ərazilərdə elektrik təchizatı bu ilin sonuna kimi başa çatdırılacaq. Burada elektrik xətləri çəkilib, yarımstansiyalar tikilir. Ölkəmizin  musiqi beşiyi sayılan Şuşa şəhəri elektrik enerjisi ilə tam təmin edilib. Hazırda əsas məqsədimiz isə yol infrastrukturunun yaradılması ilə bağlıdır. Bu  məsələdə də bütün istiqamətlərdə geniş işlər gedir. İlk növbədə Füzuli-Şuşa, Zəfər yolu, magistral yolumuz, Horadiz-Zəngilan avtonəqliyyat yolunun təməli qoyulur. Bu bölgələrdə dəmir yol infrastrukturunun yaradılması təkcə Azərbaycan üçün deyil, region ölkələrin inkişafı üçün də çox önəmlidir. Cənab Prezident göstərdi ki, Ağbənd dəmir yolu Zəngəzur dəhlizinə çatacaq və bu cədvəl üzrə davam etdiriləcək.
Bizim sərvətimizdən erməni vandalları qanunsuz istifadə ediblər ki, bu da beynəlxalq cinayətdir. Bütün şəhərlərin baş planları hazırlanır. Birinci pilot layihə də Zəngilanda icra olunacaq. Sonra Ağdam şəhərini əhatə edəcək. Bu, “Ağıllı kənd” layihəsidir. Kəndlərin bərpası da mərhələlərlə aparılacaqdır. Xaricdən də dost ölkələr  Qarabağın bərpası işində iştirak etmək istəyirlər. Elə etmək etməliyik ki, bu torpaqlara qayıdacaq vətəndaşlar üçün yaxşı şərait yaradılsın. Hazırda Füzuli beynəlxalq hava limanının tikintisi sürətlə gedir. Zəngilanda da hava limanının tikintisinə start veriləcək. Üçüncü hava limanı Laçında inşa ediləcək.
Dünya tarixində baş verən müharibələrin heç birində bu qədər dağıntı və vandallıq olmayıb. Lakin xalqımız bu çətin işlərin öhdəsindən hünərlə gələcək.

Əyyub MEHDİYEV,
Masallı şəhər sakini, 
“Tərəqqi” medallı veteran jurnalist.шаблоны для dle 11.2
Вернуться назад