Главная > Siyasət > Masallı gəncləri şəhid ailəsini ziyarət ediblər

Masallı gəncləri şəhid ailəsini ziyarət ediblər


25-04-2021, 13:45. Разместил: yeni321
Masallı gəncləri şəhid ailəsini ziyarət ediblər

Masallı Gənclər Evinin kollektivi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn şəhid Seyfullayev Araz Elsevər oğlunun ailəsini ziyarət edib.
 Ziyarət zamanı əsgər Araz Seyfullayevin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, ailənin qayğıları dinlənilib.
Bildirilib ki, respublikamızın müstəqilliyi və vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş igid övladlarımızın xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Şəhid ailələri daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Müharibə iştirakçıları və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunur.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, Araz Elsevər oğlu Seyfullayev 28 may 2001-ci ildə Masallı şəhərində anadan olub. 2018-ci ildə Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbi bitirib. 2019-cu ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Göytəpə şəhərinin, “N” saylı hərbi hissəsində davam etdirib. 2019-cu ilin oktyabr ayının əvvəlindən Xüsusi Təyinatlı Qüvvələrə qatılıb.
Azərbaycan Ordusunun əsgəri Araz Seyfullayev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl rayonlarının alınmasında iştirak edərək şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi 8 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı şəhər Digah qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri Araz Elsevər oğlu Seyfullayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад