Главная > Siyasət > Masallıda şəhid Nurlan Əbilovun ailəsi ziyarət edilib

Masallıda şəhid Nurlan Əbilovun ailəsi ziyarət edilib


26-04-2021, 14:10. Разместил: yeni321
Masallıda şəhid Nurlan Əbilovun ailəsi ziyarət edilib

   Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyini”nin sədri Arzu Bağırova rayonun ziyalı xanımları ilə birlikdə şəhid Nurlan Əbilovun ailəsini ziyarət ediblər.
Görüş zamanı şəhid ailəsinin qayğıları ilə maraqlanan ziyarətçilər bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaətlə döyüşən və böyük qəhrəmanlıq göstərərək şəhid olan Nurlan Fərrux oğlu Əbilovun keçdiyi şərəfli döyüş yolu gənc nəslə nümunədir.
Məlumat üçün bildirək ki,  Nurlan Əbilov 1994-cü il avqustun 4-də Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. O, atasını uşaq ikən itirib, anası isə dörd il öncə rəhmətə gedib. Nurlan Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdi.
Nurlan Əbilov 2017-ci ilin aprel ayından 2018-ci ilin oktyabr ayına qədər Şəmkirdəki “N” saylı hərbi hissədə Sərhəd Qoşunlarının tərkibində xidmət edib. Hərbi xidməti dövründə fəxri fərman və diplomlarla təltif edilib. Nurlan Vətən müharibəsinin ilk günlərindən könüllü əsgər kimi ordu sıralarına qatılıb. O, 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanmışdı. Altı ay komada olan Vətən müharibəsi iştirakçısı, Masallının qəhrəman oğlu Nurlan Əbilov 26 yaşında şəhidlik zirvəsinə ucalıb. Aprelin 19-da anadan olduğu ünvanda – Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb.
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilən şəhidimiz ailəli idi, 3 və 5 yaşlarında iki oğlu – Aminlə Fərrux bizə əmanət qalıb.
  Akif Ağayev,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад