Главная > Siyasət / İdman > Masallı gəncləri idmançı qazini ziyarət ediblər

Masallı gəncləri idmançı qazini ziyarət ediblər


26-04-2021, 18:52. Разместил: yeni321
Masallı gəncləri idmançı qazini ziyarət ediblər

Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi Vətən müharibəsinin iştirakçısı qazi Hüseynov Tosif Məmmədağa oğlunu ziyarət edib.
Ziyarət zamanı idmançımızın keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib.
Qazi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Məlumat üçün bildirək ki, Hüseynov Tosif  Məmmədağa oğlu 1998-ci il mayın 3-də  Masallı şəhərində  anadan olub. Məktəbdə oxuduğu illərdən vətənpərvər bir gənc kimi həmişə öz yaşıdlarından fərqlənib.    Cüdo idman növü ilə məşğul olub, müxtəlif vaxtlarda respublika və beynəlxalq yarışların mükafatını qazanıb.
Tosif Vətən müharibəsinin başladığı ilk gündən  könüllü olaraq döyüşlərə qatılıb, Füzuli, Cəbrayıl və Hadrut  istiqamətlərində, ön cəbhədə fədakarcasına döyüşmüş və Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə (Daşaltı kəndi istiqamətində) sağ qolundan yaralanıb.
Tosif Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
 
Akif AĞAYEV,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад