Главная > Siyasət / Dünya Xəbərləri > Zəngəzur dəhlizinin yaradılması regiondakı bütün ölkələrin maraqlarına xidmət edir

Zəngəzur dəhlizinin yaradılması regiondakı bütün ölkələrin maraqlarına xidmət edir


26-04-2021, 21:44. Разместил: yeni321
Zəngəzur dəhlizinin yaradılması regiondakı bütün ölkələrin maraqlarına xidmət edir
 
44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmiz Türkiyəyə Naxçıvan üzərindən Orta Asiya və Sakit okeana uzanan starteji dəhliz qazandırıb. Qars-Naxçıvan dəmir yolu layihəsi Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Bakı ilə Ankara arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək.
Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsi genişlənəcək. Bu, regiondakı bütün ölkələrin maraqlarına xidmət edir.
Dəhliz vasitəsilə enerji və ticarət yolları kökündən dəyişəcək, iqtisadi və turizm əlaqələri inkişaf edəcək, bölgənin xarici investorlar üçün cəlbediciliyi artacaq.
Zəngəzur dəhlizi Rusiya üçün Cənubi Qafqaz və qonşu ölkələrə yük daşımalarında əsas marşruta da çevrilə bilər. Dəhliz Moskvanın Türkiyə vasitəsilə Yaxın Şərqdəki bazarlara çıxışı üçün alternativ marşrut olacaq.
ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm.
Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi, bu il yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik Bəyanat Zəngəzura qayıdış üçün zəmin yaradır, dəhlizin reallaşması üçün hüquqi əsas verir.
Bu məqsədlə bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələrinin bərpa ediləcəyi və Ermənistanın Azərbaycanın qərb bölgələrilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat əlaqələrinin Zəngəzur dəhlizi vasitəsilə təhlükəsizliyinə zəmanəti bəyanatlarda öz əksini tapıb.
AzTV-ə müsahibəsində Möhtərəm Prezidentimizin dediyi kimi: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.
Ermənistan Zəngəzur dəhlizinin bütün üstünlüklərindən bir şərtlə faydalana bilər: 30 il davam etdirdiyi təcavüz siyasətini regional əməkdaşlıqla əvəzləməlidir.

Xaləddin Həmzə oğlu Xəlilov,
Masallı rayonu, Ərkivan qəsəbə sakini.шаблоны для dle 11.2
Вернуться назад